MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır”
İspaniya təmsilçisi Bakı səhnəsində “Stay With Me” mahnısı ilə çıxış etmişdir
Bakı, 27 may (AZƏRTAC). İspaniyanı 57-ci “Eurovision” mahnı müsabiqəsinin final şousunda təmsil edən Pastora Soler “Baku Crystal Hall”un səhnəsinə 19-cu ifaçı statusunda çıxmışdır.
AZƏRTAC xəbər verir ki, ölkəsini müsabiqədə “Stay With Me” mahnısı ilə təmsil edən xanım müğənni İspaniyanın ən güclü səsə malik ifaçılarından hesab olunur. İspaniyalı ifaçı 18 ildən artıqdır ki, peşəkar səhnədədir. Pastora Solerin üç “Platin” və dörd “Qızıl” musiqi albomu işıq üzü görmüşdür. O, musiqi karyerası boyunca bir çox dəyərli mükafatlara layiq görülmüşdür.
İspaniyalı təmsilçinin səhnə tərtibatı çox maraqlı olmuşdur. Mavi işıqların fonunda qurulan səhnə tərtibatı şüşədən süzülən yağış damcıları təsvirini yaratmışdır. Pastora Soleri isə səhnədə 5 vokal ifaçısı müşayiət etmişdir.
İspaniyanın 42 yaşlı təmsilçisinin ilk musiqi albomu 1994-cü ildə işıq üzü görmüşdür.