MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Moldova təmsilçisi “Eurovision-2012” mahnı müsabiqəsinin “Baku Crystal Hall”da keçirilən final şousunda səhnəyə çıxan sonuncu ifaçı olmuşdur
Bakı, 27 may (AZƏRTAC) . “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsində “Baku Crystal Hall”un səhnəsinə sonuncu-26-cı çıxan ifaçı Moldova təmsilçisi Paşa Parfeni olmuşdur.
AZƏRTAC xəbər verir ki, Moldova təmsilçisi Bakı səhnəsində “Lautar” mahnısını ifa etmişdir.
1986-cı il mayın 30-da doğulan moldovalı təmsilçi “Slavyan bazarı” və “Mamaia-2009” mahnı müsabiqələrinin qalibi olmuşdur.
Müğənni 2009, 2010 və 2011-ci illərdə “No Crime”, “You should like to show” və “Dorule” mahnıları ilə ölkəsinin “Eurovision” mahnı müsabiqəsinin milli seçimlərində iştirak etmişdir.
Paşa Parfeninin yaşının az olmasına baxmayaraq böyük musiqi təcrübəsi vardır. O, müxtəlif festivallarda iştirak etmiş və demək olar ki, daim qalib olmuşdur. Musiqi karyerasına 7 yaşında olarkən pianino dərsləri almaqla başlayan müğənni 2002-ci ildə Tiraspol Musiqi Kollecinə daxil olmuş və vokal sahəsində böyük təcrübə qazanmışdır.