MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Qalibiyyətin bir ili
"EuroClub"da Azərbaycanın “Eurovision-2011”də qələbəsi qeyd edilmişdir
Bakı, 15 may (AZƏRTAC). Məlum olduğu kimi, Azərbaycanın 56-cı “Eurovision” mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camal ötən il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilmiş final şousunda möhtəşəm qələbə qazanaraq ölkəmizin birinciliyini təmin etmişdilər.
AZƏRTAC eurovision.az saytına istinadla xəbər verir ki, mayın 14-də “EuroClub”da Azərbaycanın 56-cı “Eurovision” mahnı müsabiqəsində qələbəsinin birinci ildönümü təntənəli şəraitdə qeyd olunmuşdur.
Bu münasibətlə təşkil edilən “Qalibiyyətin bir ili” adlı gecənin iştirakçısı olan “Eurovision-2012” mahnı müsabiqəsində ayrı-ayrı ölkələrin təmsilçiləri və digər qonaqlar Eldar Qasımov və Nigar Camalla birlikdə ötən il ölkəmizə qalibiyyət qazandırmış mahnının sədaları altında rəqs edərək əylənmişlər.
Eldar və Nigar qonaqlarla birlikdə gecənin hədiyyə tortunu kəsmişlər.