SİYASƏT
Özbəkistan portalında İƏT-in Astanada keçirilən elm və texnologiya üzrə birinci Sammiti ilə bağlı məqalə yerləşdirilib
Daşkənd, 21 sentyabr AZƏRTAC
Özbəkistanın tnews.uz portalında Astanada keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammiti haqqında rus dilində məqalə yerləşdirilib.
“İlham Əliyev: Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz” sərlövhəli yazıda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev Sammitdəki çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq deyib: “Ermənistanda islamofobiya pik həddə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”.
Azərbaycan Prezidenti bildirib ki, İƏT daim Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyən ədalətli mövqe nümayiş etdirib və Azərbaycanın ədalətli mövqeyini əks etdirən bir çox qətnamələr qəbul edib.
Prezident İlham Əliyev vurğulayıb ki, İƏT daim Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyən ədalətli mövqe nümayiş etdirib və Azərbaycanın ədalətli mövqeyini əks etdirən bir çox qətnamələr qəbul edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd