Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin namizədliyinizin seçicilər tərəfindən qeyd-şərtsiz dəstəklənməsi Azərbaycan xalqının Sizə böyük etimadının, sabitliyin və firavanlığın təmin edilməsində şəxsi xidmətlərinizin yüksək qiymətləndirilməsinin, yürütdüyünüz sosial-iqtisadi inkişafa və ölkənizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə yönəlmiş kursun səmərəliliyinin parlaq sübutudur.

Həyat özü inandırıcı şəkildə təsdiqləyib ki, Siz müstəqil Azərbaycanın banisi və qurucusu, möhtərəm Heydər Əliyevin böyük işlərinin layiqli davamçısısınız.

Şübhəsiz ki, məhz Sizin görkəmli rəhbər istedadınız, uzaqgörən siyasətiniz sayəsində bu gün Azərbaycan Respublikası həyatın bütün sahələrində dünya birliyi tərəfindən etiraf edilən böyük uğurlar qazanıb.

Özbəkistanda biz xalqlarımız arasında yaranmış çoxəsrlik dostluq, qarşılıqlı hörmət və dəstək ənənələrinin inkişafına və genişlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk.

Əminəm ki, Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri və sıx əməkdaşlıq bundan sonra da hərtərəfli inkişaf edəcək, daha da möhkəmlənəcək, ölkələrimizin və xalqlarımızın layiqli gələcəyinin qurulmasına şərait yaradacaq.

Hörmətli, İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar, Sizə və yaxınlarınıza firavanlıq, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzularımı bildirmək istəyirəm.

Dərin hörmətlə,

Şavkat Mirziyoyev

Özbəkistan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin