ÖZBƏKİSTANDA TERROR TÖRƏDİLƏ BİLƏR
ABŞ Dövlət Departamenti rəsmi Daşkəndə xəbərdarlıq etmişdir ki, Özbəkistanda mehmanxanalar, səfirliklər və başqa mühüm obyektlərə qarşı terror aktları törədilə bilər. Məlumatda deyilir ki, terrorçular Özbəkistanda xarici vətəndaşların daha çox qaldığı otellərdə, səfirliklərdə, xarici dövlətləri təmsil edən idarə və müəssisələrdə müxtəlif təxribatlar törədə bilərlər. Bu regionda “Əl –Qaidə”, “Özbəkistan İslam Hərəkatı” və “Şərqi Türküstan İslam Hərəkatı” təşkilatları fəallıq göstərir. Bu qruplar həmişə antiamerika əhval- ruhiyyəsi nümayiş etdirmişlər və ABŞ-ın Özbəkistandakı rəsmi və qeyri-hökumət təşkilatlarına zərbə vurmağa hazırdırlar. Terrorçu qruplar rəsmi və xüsusi obyektlər arasında heç bir fərq qoymurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]