DÜNYA
Özbəkistanda Xarici Sərmayədarlar Şurası yaradılıb
Daşkənd, 15 noyabr, АZƏRTAC
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) iştirakı ilə Özbəkistan Prezidenti yanında Xarici Sərmayədarlar Şurası (XSŞ) yaradılıb.
AZƏRTAC xəbər verir ki, XSŞ-ın əsas vəzifələri Özbəkistan iqtisadiyyatına sərmayə qoyuluşu, sənaye-texniki və innovasiya inkişafı üzrə ölkəyə yardım göstərilməsi, milli məhsulların xarici bazarlara çıxarılması, elektron kommersiya sisteminin inkişafı, ölkənin beynəlxalq imicinin yaxşılaşdırılmasından ibarətdir. Şuranın tərkibinə xarici şirkətlərin, bankların, investisiya strukturlarının, beynəlxalq maliyyə institutlarının, EBRD-nin rəhbərliyi və nümayəndələri daxildir.
Şuranın hər il plenar, 2 ildən bir isə aralıq sessiyalarının keçirilməsi planlaşdırılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [14:12]
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
- 08.05.2024 [13:35]
Çexiyada pivə istehlakı tarixi minimuma enib
- 08.05.2024 [12:55]
“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir
- 08.05.2024 [12:45]
İsrail Kerem-Şalom keçid məntəqəsini açıb
- 08.05.2024 [12:20]
Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq
- 08.05.2024 [12:04]
Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb
- 08.05.2024 [11:48]