“Özkaya Group” şirkəti idarə heyətinin sədri Osman Gezekerdən
Zati-aliləri,
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və fəaliyyətinizdə uğurlar arzulayıram.
Ulu öndər Heydər Əliyevdən bizə miras qalan müasir, suveren, demokratik Azərbaycanın zəkanızın işığı ilə daha da inkişaf etməsi, regionun lider dövləti rolunu qoruması üçün böyük əmək sərf edirsiniz. Sizin diqqət və qayğınız Azərbaycana inkişaf etmiş ölkələrlə rəqabətə girmək potensialı qazandırır.
Xalqınız üçün etdikləriniz sadəcə zəkanızın və təcrübənizin məhsulu deyil, həm də bu Vətənə, bu millətə sevginizin bariz göstəricisidir. Sizin vətəniniz və millətiniz üçün etdikləriniz yazılmaqla bitməyəcək qədər çox və sözlərin ifadə etməyə acizlik çəkdiyi qədər şərəflidir. Sizin kimi əvəzsiz oğullar yetişdirən millətin - türk millətinin nümayəndəsi olmaq insanda qürur hissi doğurur.
Hörmətli cənab Prezident, Sizi doğum gününüz münasibətilə bir daha səmimi qəlbdən təbrik etmək, Sizinlə qürur duyduğumu bildirmək istəyirəm. Tanrı Sizi qorusun!
Hörmətlə,
Osman Gezeker
“Özkaya Group” şirkəti idarə heyətinin sədri