Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Özkaya Group” şirkəti İdarə Heyətinin sədri Osman Gezekerdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, ailəniz ilə birlikdə xoşbəxt illər və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Sizin yorulmaz əməyiniz sayəsində Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə uğurlar qazanmışdır. Bu böyük uğurların əldə olunmasında ulu öndərimiz Heydər Əliyevin müqəddəs arzularını, müstəqilliyimizi əbədiləşdirməyə yönəlmiş siyasi xəttini sonsuz cəsarət və inamla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri xüsusi qeyd olunmalıdır. Bugünkü inkişaf və tərəqqiyə görə ilk növbədə Sizin böyük təşkilatçılığınıza və təcrübənizə borcluyuq. Azərbaycanı lider dövlətlər sırasına çıxararaq başımızı uca edən Prezidentimizin yanındayıq və hər zaman Sizə dəstək olacağıq. Xalqımızın xoşbəxt gələcəyi Sizin fəaliyyətinizlə bağlıdır.

Azərbaycanın hər günü, hər ayı və hər ili yenilik, tərəqqi və inkişaf tarixinə çevrilir, ölkə həyatının bütün sahələrində fərəh və qürur doğuran hadisələr bir-birini əvəz edir.

Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən strateji fəaliyyət xətti Azərbaycanın beynəlxalq arenada nüfuzunun və rolunun durmadan artmasına şərait yaradır. Sizin topladığınız zəngin dövlətçilik və siyasi fəaliyyət təcrübəsi bundan sonra da Azərbaycan Respublikasının dinamik inkişafına xidmət edəcək. Xalqınız üçün etdikləriniz sadəcə zəkanızın və təcrübənizin məhsulu deyil, həm də bu Vətənə, bu millətə olan sevginin bariz göstəricisidir.

Möhtərəm cənab Prezident, doğma Vətənimizin çiçəklənməsində çoxşaxəli fəaliyyətinizi bir məktuba sığışdırmaq qeyri-mümkündür. Sizin kimi böyük oğullar yetişdirən millətin – Türk millətinin nümayəndəsi olmaq insanda qürur hissi doğurur.

Hörmətli cənab Prezident,

Sizi doğum gününüz münasibəti ilə bir daha səmimi qəlbdən təbrik edir, Sizinlə qürur duyduğumu bildirmək istəyirəm. Başda Siz olmaqla xalqımıza bol ruzi-bərəkət və əmin-amanlıq arzu edirəm. Tanrı Sizi qorusun.

Hörmətlə,

Osman Gezeker

“Özkaya Group” şirkəti İdarə Heyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin