Azərbaycan Dövlət İnformasiya Agentliyi

PAKİSTAN İSLAM RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB MİR ZƏFƏRULLAH XAN CƏMALİYƏ

Hörmətli cənab Baş nazir, 

Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ölkəmizin dost Pakistan ilə münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, xalqlarımızın mənafeyinə uyğun olaraq, bütün sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da qarşılıqlı səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin