Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Pakistan mətbuatı: Naxçıvan Azərbaycan ilə İslam dünyası arasında mədəni bağların qurulmasında özünəməxsus əhəmiyyətə malikdir

Pakistan mətbuatı: Naxçıvan Azərbaycan ilə İslam dünyası arasında mədəni bağların qurulmasında özünəməxsus əhəmiyyətə malikdir

İslamabad, 6 iyul, AZƏRTAC

Pakistanın “dailyparliamenttimes.com” portalı, “Parliament Times” qəzetində və bu nəşrin internet versiyasında “Naxçıvan - İslam mədəniyyətinin paytaxtı 2018” sərlövhəli məqalə dərc olunub.

İngilis dilində dərc edilən məqalədə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin toplantısında Azərbaycanın Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçildiyi bildirilir, Naxçıvan Muxtar Respublikasının tarixi keçmişinə, iqtisadi nailiyyətlərinə və turizm potensialına geniş yer verilir.

Məqalədə Azərbaycanın tərkib hissəsi olan muxtar respublikanın özünün Konstitusiyası, Ali Məclisi, Nazirlər Kabineti və Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 45 deputatın seçilməsi və Ali Məclis Sədrinin muxtar respublikanın yüksək vəzifəli şəxsi olması haqqında məlumat verilir. Qeyd olunur ki, bu diyarda 5 minillik tarixə malik şəhər mədəniyyəti mövcuddur. Naxçıvan Şərq sivilizasiyasının beşiyi olmaqla yanaşı, dünyanın ticarət, sənətkarlıq, elm və mədəni mərkəzlərindən biri hesab edilir.

Naxçıvan Muxtar Respublikasının tarixinə yer verən müəllif Naxçıvanın vaxtilə əsası Şəmsəddin Eldəniz tərəfindən qoyulmuş Azərbaycan Atabəylər dövlətinin paytaxtı olduğu, həmin dövrdə də Azərbaycanın iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri kimi dünyada şöhrət qazandığı qeyd olunur. Məqalədə 1918-ci il mayının 28-də Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra təcavüzkar Ermənistanın Naxçıvanı ilhaq etmək siyasəti yeritməyə və dinc azərbaycanlı əhaliyə qarşı qətliamlar həyata keçirməyə başladığı, lakin Naxçıvan əhalisinin bu bölgənin Azərbaycanın tərkibində qalması üçün böyük əzm göstərdiyi vurğulanır. 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi və həmin il oktyabrın 13-də Qars müqaviləsinin Naxçıvanın gələcək taleyinin həll edilməsində əhəmiyyətli rol oynadığı, nəticədə, Naxçıvan Muxtar Diyarının əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının təsis edildiyi diqqətə çatdırılır.

Hazırda üç tərəfdən işğalçı Ermənistan ərazisi ilə əhatə olunmuş muxtar respublika ərazisinin blokada vəziyyətində olduğu, lakin blokadanın ağır şərtlərinə baxmayaraq, muxtar respublikada əhəmiyyətli inkişafın nəzərə çarpdığı, iqtisadi irəliləyişin səviyyəsinə görə muxtar respublikanın Azərbaycanın digər bölgələri arasında ilk yerdə olduğu diqqətə çatdırılır. Yeni istehsal sahələrinin sayının artması və müəssisələrin genişləndirilməsi nəticəsində muxtar respublikada təxminən 400 adda yerli məhsulun istehsal olunduğu bildirilir.

Naxçıvanın turizm potensialına geniş yer verən müəllif Naxçıvanın özünün arxeoloji abidələri və İslam memarlıq əsərləri ilə məşhur olduğu, burada bir çox qədim məktəblərə, tarixi məscidlərə, saraylara, məqbərələrə, sənətkarlıq və folklor nümunələrinə, muzeylərə rast gəlindiyi, həmçinin çoxlu sayda müasir memarlıq abidələrinin də mövcudluğu qeyd edir. Naxçıvan Muxtar Respublikasında 200-dən çox mineral bulaq, 400-ə yaxın böyük və kiçik çayların olduğu, bölgədə turizmin mövcud yerli infrastruktur, mədəni irs, tarixi və təbii abidələr əsasında qurulduğu, hətta ərazinin relyefi və iqlim şəraitinin də nəzərə alındığı, xammala ehtiyac olmadan və ətraf mühitə heç bir zərər vurmadan həyata ke¬çirildiyi, bu baxımdan Naxçıvanın çox zəngin turizm potensialına malik olduğu bildirilir.

Muxtar respublika ərazisindəki 1162 tarixi-mədəni abidədən 58-nin dünya, 455-nin ölkə, 649-nun isə yerli əhəmiyyətə malik olduğu Naxçıvanın özünün dini ibadət yerlərinə görə də məşhurluğu ilə seçildiyi, bunlardan “Qurani-Kərim”in “Kəhf” surəsində xatırlanan Əshabi-Kəhf mağarasının önəmli yerlərdən birini təşkil etdiyi diqqətə çatdırılır. Bu dini-mədəni abidə kompleksini ziyarət etmək istəyənlər üçün hər cür şəraitin yaradıldığı, hər il on minlərlə insanın buranı və eyni zamanda, Naxçıvanın cənubunda yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin ərazisində yerləşən Nuh peyğəmbərin türbəsini də ziyarət etdiyi qeyd olunur. Muzeylər diyarı kimi də adlandırılan Naxçıvan Muxtar Respublikasında, həmçinin kitabxanaların sayının da 235-ə çatdığı bildirilir. Dünyada mövcud olan 11 iqlim zonasından 7-nə muxtar respublikada rast gəlindiyi, bölgənin zəngin bitki və heyvanat aləminin, coğrafi mövqeyinin təamlı Naxçıvan mətbəxinə təsir edən əsas amillərdən olduğu bildirilir. Təbii resurslarla zəngin olan Naxçıvan Muxtar Respublikasının, eyni zamanda, təbii müalicə obyektləri ilə də məşhur olduğu, bronxial-astma, xroniki bronxit, astma komponenti mövcud olan xroniki bronxit allergiyası, astmaöncəsi xəstəliklərin buradakı Duzdağ Fizioterapiya Mərkəzində tam müalicə edildiyi, Naxçıvandakı “Darıdağ” adlandırılan termal suların isə dəri xəstəliklərinin müalicəsi üçün çox effektiv olduğu, həzm sistemi xəstəlikləri isə Naxçıvanın məşhur “Badamlı”, “Sirab” mineral suları vasitəsilə müalicə edildiyi bildirilib.

Məqalədə, həmçinin 2017-ci ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunduğu, 54 müsəlman ölkəsini təmsil edən idmançıların iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarının Bakıda uğurla keçirildiyi vurğulanıb. Azərbaycanın əhəmiyyətli mədəni, tarixi və siyasi mərkəzlərindən biri kimi Naxçıvanın ölkənin bütün sahələrində önəmli rol oynamaqla yanaşı, Azərbaycanın İslam dünyası ilə mədəni bağlarının qurulmasında özünəməxsus əhəmiyyətə malik olduğu bildirilir. 2018-ci ildə də Naxçıvanın İslam mədəniyyətinin paytaxtı kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfəsini verəcəyi diqqətə çatdırılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: Ötən günlərdə 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb