DÜNYA
Pakistan: oteldə yanğın nəticəsində zərər çəkənlərin sayı 110 nəfərə çatıb
Bakı, 5 dekabr, AZƏRTAC
Pakistanın Kəraçi şəhərindəki oteldə yanğın nəticəsində zərər çəkənlərin sayı 110 nəfərə çatıb, 12 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, Geo TV kanalının yaydığı məlumata görə, zərər çəkmiş 30 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Xəsarət alanların miqdarı hələ tam dəqiqləşməyib və onların sayı arta bilər.
Xatırladaq ki, Kəraçidəki Regent Plaza otelində yanğın bazar ertəsi günü baş verib. Yanğın mehmanxananın birinci mərtəbəsində yerləşən mətbəxdən başlayıb və sonradan yeddinci mərtəbəyədək qalxıb. İnsanlar xilas olmaq üçün özlərini alova bürünmüş binanın pəncərələrdən yerə atıb, yaxud döşəkağlarından kanat düzəldiblər. Zərər çəkənlər arasında üç əcnəbinin də olduğu bildirilir.
Yanğının dəqiq səbəbləri müəyyənləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]
Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək
- 07.05.2024 [14:48]
Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur
- 07.05.2024 [14:14]
Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq
- 07.05.2024 [14:02]
Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb
- 07.05.2024 [13:57]
Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib
- 07.05.2024 [13:40]