DÜNYA
Pakistan və Belarus əmtəə dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır
İslamabad, 6 oktyabr, AZƏRTAC
Bununla bağlı danışıqlar Belarus Prezidenti Aleksandr Lukaşenkonun Pakistana səfəri zamanı aparılıb.
A.Lukaşenko və Baş nazir Nəvaz Şərifin görüşündə ölkələr arasında siyasi, ticarət-iqtisadi, kənd təsərrüfatı, sosial-humanitar, təhsil, gömrük, bank işi, cinayətkarlıqla mübarizə və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib. Pakistan Prezidenti Məmnun Hüseyn ilə danışıqlarda isə nüvə energetikası sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Tərəflər ölkələr arasında əmtəə dövriyyəsinin həcmini qarşıdan gələn dörd ildə 1 milyard dollara çatdırılması haqqında razılığa gəlib.
Belarus Prezidenti İslamabadda keçirilən Pakistan-Belarus İnvestisiya Forumunda da iştirak edib.
Görüşlərdə ikitərəfli əlaqələrlə bağlı sənədlər imzalanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad