PAKİSTANDA EPİDEMİYA TƏHLÜKƏSİ VAR
Yağışlar ara vermir, onsuz da dünyada ən çətin keçilən yollardan sayılan Pakistan yollarını su və palçıq basaraq, xilasedicilərin köməyə getməsinə və humanitar yardımın çatdırılmasına əngəl törədir. Hava nəqliyyatının gedə bildiyi şəhərlərə çoxlu çadır, dava-dərman və su ehtiyatı aparılmışdır. Lakin bunları zəlzələdən ziyan çəkmiş kəndlərə çatdırmağa heç cür imkan yoxdur.
Təbii fəlakətdən sağ çıxan insanların vəziyyəti pisləşə bilər. “Sərhədsiz həkimlər” humanitar təşkilatı İslamabadda bildirmişdir ki, 90 min sakinindən 11 min nəfərin həlak olduğu Müzəffərabad şəhərində zəhərlənmiş suyun yaydığı epidemiya təhlükəsi yaranmışdır. Dünya Səhiyyə Təşkilatı isə dizenteriya (qanlı ishal) və vəba epidemiyalarının yaranmasından ehtiyatlanır. Bu xəstəliklərə də səbəb suyun çirklənməsidir.
Bu və digər problemlərin həlli üçün BMT bütün ölkələri onun hesabına 272 milyon dollar göndərməyə çağırmışdır. BMT-nin fövqəladə hallar departamenti bildirmişdir ki, “dağıntıların bərpa edilməsi üçün daha çox vəsait gərəkdir”.
O ki qaldı həlak olanların sayına, rəsmi məlumata görə, zəlzələ 34 min insanın həyatına son qoymuşdur. Lakin təbii fəlakətə məruz qalmış digər bölgələrə yollar açıldıqdan sonra onların sayı daha da artacaqdır. Yerli qəzetlər yüz minlərlə insanın tələf olduğunu yazır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]
Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var
- 06.10.2026 [10:25]
Pakistanda poliomielitə yoluxanların sayı artır
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]