Pakistanda səhranın yerində meşə salınıb
Bakı, 8 avqust, AZƏRTAC
İqlim dəyişiklikləri ilə mübarizədə bir çox ölkələr kütləvi ağacəkmə proqramlarına başlayırlar. Səhraların “yaşıllaşdırılması”nın nəticələri ilə bu günlərdə birinci olaraq Pakistan bölüşüb.
AZƏRTAC xəbər verir ki, ölkənin Baş Nazirinin iqlim dəyişiklikləri məsələləri üzrə müşaviri Malik Amin Aslam özünün “Twitter” səhifəsində yerləşdirdiyi videoda Lahor yaxınlığında yerləşən Balloki qoruğunun bir il bundan əvvəlki və indiki vəziyyətini göstərir.
Bütün yeni əkilən ağaclar - “10 milyard ağacdan ibarət sunami” adlı proqramın bəhrəsidir. Bu, ölkə tarixində hökumətin təşəbbüsü və maliyyə dəstəyi ilə meşələrin salınması üzrə ən iri layihədir. 5 il ərzində 10 milyard ağacın əkilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [17:41]
Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır
- 12.11.2026 [16:41]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 12.11.2026 [15:53]
ETSN: Ceyranlar və Bezoar keçiləri tarixi areallarına qaytarılır
- 12.11.2026 [12:32]
COP31-də müzakirələr davam edir
- 12.11.2026 [12:30]