Pakistanın şimal-qərbində hərbi təlimlər başlayıb
Bakı, 24 fevral, AZƏRTAC
Pakistan ordusunun məlumatına əsasən, ölkənin şimal-qərbindəki Xayber Paxtunxva əyalətində 10-dan çox ölkənin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər başlayıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Pakistan ordusunun xidmətlərarası ictimai əlaqələr bölməsinin yaydığı açıqlamada təlimlərin açılış mərasiminin əyalətin Pabbi bölgəsində keçirildiyi bildirilir.
Təlimlərdə Pakistan, Bəhreyn, İordaniya, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Maldiv adaları, Mərakeş, Qətər, Şri-Lanka, Tayland, Türkiyə, ABŞ və Özbəkistan ordularının hərbi bölmələri iştirak edir.
Məlumatda qeyd olunur ki, bu təlimlər Pakistanda hər il təşkil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]