PAMBIQ ƏKİNLƏRİ BECƏRİLİR
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar Ağsu rayonunda iqtisadiyyatın digər sahələri ilə yanaşı pambıqçılığın da inkişaf etdirilməsi üçün güclü stimul yaranmışdır. Ötən il 501 hektar sahədən 1443 ton pambıq istehsal edən bölgə sakinləri hazırda 1200 hektarda məhsul yetişdirirlər. Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Elxan Abdullayev AZƏRTAC-ın müxbirinə demişdir ki, becərməyə 40-dan çox texnika cəlb olunmuşdur.
Mütəxəssislərin fikrincə, bu mövsümdə sahələrdən 3400-3500 ton məhsul gözlənilir.