Panama XİN kanalın neytrallığını təsdiqləyir
Bakı, 21 may, AZƏRTAC
Panama istər sülh, istərsə də müharibələr dövründə dünyanın hər yerindən gələn bütün gəmilər üçün Panama kanalının neytrallığını saxlamağa sadiqdir.
AZƏRTAC xəbər verir ki, bunu Panamanın xarici işlər nazirinin müavini Karlos Hoyos BMT Təhlükəsizlik Şurasında dəniz təhlükəsizliyi ilə bağlı müzakirələr zamanı deyib.
“Panama kanalın suveren inzibatçısı kimi, təntənəli şəkildə bəyan edir ki, kanal beynəlxalq tranzit üçün həmişə neytral olacaq. Beləliklə, sülh dövründə olduğu kimi, müharibə dövründə də təhlükəsiz və tam bərabərlik şəraitində və heç bir ayrı-seçkilik olmadan dünyanın bütün gəmilərinin dinc tranzitinə açıq qalacaq”, - deyə diplomat bildirib. O əlavə edib ki, 8800-dən çox gəmi və ya beynəlxalq donanmanın 15 faizi Panama bayrağı ilə üzür, bu da onlara xərcləri azaltmaq imkanı verir.
Nazir müavininin sözlərinə görə, Panama dəniz idarəsi registrin nüfuzunu qorumaq məqsədilə bayraqdan sui-istifadəyə yol verməmək üçün səylərini ikiqat artırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [13:25]
Macarıstanda avroya keçid qiymətlərin kəskin artımına səbəb olmaya bilər
- 17.11.2026 [13:02]
Marin Lö Pen: Prezident seçilsəm, Ukraynaya maliyyə yardımını dayandıracağam
- 17.11.2026 [13:01]
Cənubi Koreya 1 trilyon dollarlıq ixrac göstəricisinə yaxınlaşır
- 17.11.2026 [12:25]
Moskva aeroportları dron hücumları səbəbindən gecə boyu işləməyib
- 17.11.2026 [12:18]
Sofi Bine: Emmanuel Makronun onillik hakimiyyəti fəlakətli dövr olub
- 17.11.2026 [11:54]