Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

PARİSDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 86-CI İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ KOLLOKVİUM KEÇİRİLMİŞDİR

Paris, 7 may ( AZƏRTAC ). Parisdəki “Hərbi məktəb”in iclas zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş “Yeni dünya geosiyasətində Azərbaycanın rolu və yeri” mövzusunda kollokvium keçirmişdir.

Tədbiri Azərbaycanın Fransadakı səfirliyi Fransa Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin Keçmiş Dinləyicilər Assosasiyası (ACEDS), Milli Assambleyanın Fransa-Azərbaycan dostluq qrupu və “Atlantika-Ural” kolleci ilə birlikdə təşkil etmişdir.

ACEDS-in prezidenti Gi Korr ümumilikdə Qafqaz regionunun geostrategiyası, bölgədə yerləşən ölkələrin siyasi durumu, sərhədləri barədə məlumat vermiş, SSRİ-nin süqutundan sonra regionda baş vermiş hadisələrə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Gürcüstan, Cənubi Osetiya və Abxaziya münaqişələrinə toxunmuş, ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal ediməsi faktını diqqətə çatdırmışdır. O, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətlərinin əsl sahibi olmasından danışmışdır.

Səfir Tarik Əliyev bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizin Avropaya, beynəlxalq birliyə inteqrasiyasına xüsusi önəm vermiş, hazırki iqtisadi yüksəlişin bünövrəsini qoymuşdur. Məhz ulu öndərin dövründə ölkəmiz bir sıra beynəlxalq təşkilata, o cümlədən Avropa Şurasına üzv olmuşdur. Heydər Əliyev dünya miqyasında, regionda tarazlaşdırılmış siyasət yeritmiş və qonşu dövlətlərlə normal, ikitərəfli münasibətlərin qurulmasında böyük rol oynamışdır.

Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Jan Lui Dümon iki ölkə arasında dostluq əlaqələrindən söz açaraq demişdir ki, müdrik dövlət xadimi Heydər Əliyev ən çətin və ağır vaxtlarda hakimiyyətə gəlmiş, ilk növbədə, sabitliyi bərpa etmiş, ölkənin iqtisadi yüksəlişinə nail olmaq üçün xarici sərmayədarları Azərbaycana dəvət etmişdir. 1993-cü ildə Prezident seçildikdən sonra ilk xarici səfərinə Fransadan başlamış, Fransanın keçmiş prezidenti ilə sıx dostluq münasibətləri yaratmış, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına xüsusi diqqət yetirmişdir. Ulu öndərin xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də ilk olaraq Fransaya səfər etmişdir. Bu səfərlər nəticəsində Fransa ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlıq daha da inkişaf etmişdir.

Jan Lui Dümon ötən il Azərbaycana səfəri zamanı rəsmi şəxslərlə görüşlərini xatırlatmış, dostluq qruplarının möhkəm əlaqələrin yaranmasına və inkişafına töhfə verdiyini bildirmişdir.

Parisdəki Raxmaninov Konservatoriyasının direktoru qraf Pyer Şeremetyev tolerant ölkə kimi tanınan Azərbaycanda azsaylı xalqların dininə, dilinə, mədəniyyətinə göstərilən münasibəti təqdir etmişdir.

ACEDS-in baş katibi Yussef Şaker və “Atlantika-Ural” kollecinin sədri Olivye Vedrin beynəlxalq müşahidəçilər qrupunun tərkibində ötən il oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkilərini yaxından müşahidə etdiklərini söyləmişlər. Onlar seçicilərin əksəriyyətinin mütəşəkkil şəkildə İlham Əliyevə səs verməsinin, seçkilərin demokratik, şəffaf və beynəlxalq hüquq normalarına uyğun şəkildə keçirilməsinin şahidi olduqlarını vurğulayaraq, Azərbaycanın bir çox bölgələrinə səfərlərindən, zəngin mədəniyyətə malik xalqımızın qədim mədəni irsinə qayğısından, qonaqpərvərliyindən söz açmışlar.

“Total” şirkətinin nümayandəsi Alən Przibisz dünyanın tanınmış ictimai-siyasi xadimlərindən biri olan, təcrübəli dövlət başçısı Heydər Əliyevin müstəqillik qazanmış ölkəmizin iqtisadi inkişafına xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırmışdır. O demişdir ki, sürətli inkişafa nail olmaq üçün xarici investorları ölkəyə cəlb etmək məqsədilə Prezident Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi altında 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmışdır. Prezident Heydər Əliyev Fransanın məşhur “Total” şirkətini də bu müqaviləyə qoşulmağa dəvət etmişdir. “Total” şirkəti “Şahdəniz” və “Çıraq” neft yataqlarının istismarında yaxından iştirak etmiş və hazırda fəaliyyət göstərir.

ACEDS-in fəxri prezidenti, beynəlxlaq məsləhətçi Jan-İv Şevalye Azərbaycanın ərazisi, əhalisi barədə məlumat vermiş, Heydər Əliyevin bütün dövrlərdəki fəaliyyətindən ətraflı söhbət açmış, Ermənistan tərəfindən Naxçıvanın tamamilə blokada şəraitində yaşadığını, bu regiona gediş-gəliş üçün yeganə nəqliyyat vasitəsi kimi təyyarədən istifadə edildiyini bildirmişdir. O demişdir ki, ərazisinin 20 faizinin işğalına baxmayaraq gənc dövlət kimi Azərbaycan son beş ildə iqtisadi artımına görə dünyada lider ölkəyə çevrilmişdir.

Fransanın Azərbaycandakı ilk səfiri Jan Perrən Heydər Əliyevin görkəmli tarixi şəxsiyyət, uzaqgörən siyasi xadim olduğunu, xalqın işıqlı gələcəyi naminə yorulmadan çalışdığını söyləmişdir.

“Qaz de Frans” şirkətinin əməkdaşı Jan Filip Beriyon qlobal enerji təhlükəsizliyinin aradan qaldırılmasında qaz və neftlə zəngin Azərbaycanın mühüm rolundan danışmışdır.

Kollokviumda Parisdəki səfirlər, Xarici İşlər Nazirliyinin və akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, Fransa ictimaiyyətinin, işgüzar dairələrin, diasporumuzun təmsilçiləri, səfirliyimizin, ölkəmizin YUNESKO yanındakı daimi nümayəndəliyinin əməkdaşları və jurnalistlər iştirak etmişlər.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

ANAMA sədrinin müavini Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO