SİYASƏT
PARLAMENT XƏBƏRLƏRİ
İclasda Avropa İnsan Hüquqları Konvensiyasına əlavə protokolların təsdiq edilməsi və sənəddəki müddəaların həyata keçirilməsi, ölüm cəzasının ləğvi, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsi məsələləri müzakirə olunacaqdır.
X X X
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov və deputat Asim Mollazadə Avropa Şurası Parlament Assambleyası Siyasi İşlər Komitəsinin noyabrın 4-də Parisdə keçiriləcək iclasında iştirak edəcəklər.
Komitənin iclasında Avropa İttifaqının genişləndirilməsi, insan hüquqlarının qorunması, təhlükəsizlik sistemində demokratiyanın rolu, Avropa və ABŞ münasibətləri barədə fikir mübadiləsi aparılacaqdır.
X X X
Noyabrın 5-də Parisdə Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin iclası keçiriləcəkdir. Tədbirdə Milli Məclisin deputatları Nairə Şahtaxtinskaya, Bəxtiyar Əliyev və Asim Mollazadə iştirak edəcəklər.
İclasda Azərbaycanda Prezident seçkilərinin yekunları, Ermənistanın təşkilat qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, Gürcüstanda parlament seçkiləri, Moldovada vəziyyət və digər məsələlər müzakirə olunacaqdır.