PARLAMENT XƏBƏRLƏRİ
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 27-də Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyanın elm və təhsil məsələləri üzrə daimi komissiyasının iclası keçiriləcəkdir. Tədbirdə Milli Məclisin deputatı Rəbiyyət Aslanova iştirak edəcəkdir. Komissiyada model təhsil qanununun layihəsi ətrafında aparılan müzakirələrdə deputatımız çıxış edəcək, layihə ilə bağlı rəy və təkliflərini bildirəcəkdir.
X X X
Milli Məclisin deputatları Eldar İbrahimov, Aydın Mirzəzadə, Rəbiyyət Aslanova, Vaqif Abdullayev, Tapdıq Kamalov və Vladimir Timoşenko Ukraynada keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 28-də Kiyevə yola düşəcəklər. Müxtəlif beynəlxalq təşkilatların parlamentlərini və Milli Məclisi təmsil edən deputatlarımız burada seçki məntəqələrində olacaq, prosesin gedişini izləyəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]