Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Parodontozun müalicəsində əsasən cərrahi müdaxiləyə üstünlük verilir

Parodontozun müalicəsində əsasən cərrahi müdaxiləyə üstünlük verilir

Bakı, 12 noyabr, AZƏRTAC

Hazırda əhali arasında parodontit, parodontoz və gingivit kimi stomatoloji xəstəliklərə tez-tez rast gəlinir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasının assistenti Elmira Əliyeva həmin xəstəliklərin etiologiyası, yeni müayinə və müalicə üsulları haqqında məlumat verib.

Mütəxəssis bildirib ki, parodont dişin boyunətrafını əhatə edən və dişi alveolda saxlayan toxumaların kompleksidir: “Parodontun tərkibinə diş əti, periodont, dişin sementi, sümüküstlüyü və alveolyar çıxıntılar daxildir. Parodontun toxumalarını xarici yuxu arteriyasının şaxəsi olan çənə arteriyası qanla təchiz edir. Xəstəliyin innervasiyası üçlü sinirin ikinci və üçüncü şaxələrinin hesabına baş verir.

Parodont dişlərin “dayaq-saxlayıcı” aparatını təşkil edir. Ağız boşluğuna baxış apararkən, parodonta diqqət yetirilməlidir, çünki parodontla ortopedik stomatologiya sıx əlaqədədir. Əgər biz ağız boşluğuna baxış zamanı parodontun vəziyyətini nəzərə almasaq, gələcəkdə ortopedik konstruksiyalarda baş verən problemlərlə üzləşə bilərik”.

Onun sözlərinə görə, parodont dişi saxlayan dayaqdır. Əgər xəstədə parodontit kimi patologiya mövcud olarsa və müayinə zamanı həkim diqqət yetirməyib bu problemi müalicə planına daxil etməzsə, onda yaxın gələcəkdə xəstə həkimin yanına geri dönəcək, yenidən müalicə almalı olacaq və artıq hazırlanmış ortopedik konstruksiyaların yeniləri ilə əvəz olunması məcburiyyəti yaranacaq.

“Parodont xəstəlikləri ilə parodontologiya məşğul olur. Parodontologiyada tez-tez rast gəlinən patologiyalar parodontoz, parodontit və gingivitdir. Parodontoz və parodontit xəstəliklərini çox vaxt səhv salırlar. Parodontit diş ətinin hiperemiyası və qanaxması, dişlərin həssaslığı və laxlaması, diş ərpinin toplanması, patoloji ciblərin əmələ gəlməsi ilə müşayiət olunan iltihabi xəstəlikdir. Parodontitin kliniki diaqnostikasında üç forması ayırd edilir: yüngül, orta və ağır dərəcələr. Həmin xəstəliyi törədən əsas səbəblər ağız boşluğunun qeyri-qənaətbəxş və ya pis gigiyenası, siqaretçəkmə, düzgün olmayan qidalanma, irsi amillər, dərin dişləm və hiposalivasiyadır. Müalicəsində, ilk növbədə ağız boşluğunun düzgün gigiyenası zəruridir. Mikrob amili, diş çöküntüləri kənar edilməli, patoloji ciblərin küretajı aparılmalıdır. Metilurasildən, həmçinin trixopol, metilurasil, askorutinin birgə qarışığından, o cümlədən heparin məlhəmindən istifadə edilir. Fizioterapiya, kvant terapiyası toxumaların bərpasını təmin edir, parodontun mikrosirkulyasiyasını bərpa edir. Düzgün aparılan sanasiya və küretaj xəstəliyin müalicəsi zamanı əldə olunmuş uğurun 80 faizini təşkil edir. Dişlərin laxlaması olduqda şinləmə aparılır, xəstəliyin ağır dərəcəsində isə sonrakı ortopedik müalicə aparılmaqla dişlər çəkilir”, - deyə E.Əliyeva qeyd edib.

O, bildirib ki, parodontoz stomatoloqun praktikasında rast gəlinən parodontun qeyri-iltihabi, distrofik xəstəliyidir: “Rentgenoloji müayinə zamanı sümük toxumasının bərabər kiçilməsi aşkarlanır. Parodontozun səbəbləri hələ dəqiq aşkar edilməyib. Lakin dəqiqliklə demək olar ki, ağır sistem xəstəlikləri, yəni ateroskleroz, şəkərli diabet, hormonal pozulmalar, həmçinin irsi amillər parodontozun əmələ gəlməsinə səbəb ola bilər.

Parodontozun müalicəsində əsasən cərrahi müdaxiləyə üstünlük verilir. Yəni dişlər çəkilir, sonradan sümük unu qoyulmaqla və konstruksiyalar hazırlanmaqla ortopedik müalicə aparılır. Dişlərin boyunları açıldıqda və nəticədə onlar həssas olduqda, flüortərkibli laklar və həssas dişlər üçün olan diş məcunlarından istifadə edilir.

Gingivit diş ətinin tamlığı pozulmadan onun iltihabıdır. Əgər vaxtında müalicə aparılmazsa, gingivitin parodontitə keçmək ehtimalı böyükdür.

Hiperplastik gingivit və ya hipertrofik gingivit orqanizmdə endokrin xəstəliklərlə bağlıdır. Gingivitin bu formasına əsasən yeniyetmələr, hamilələr və şəkərli diabetdən əziyyət çəkən insanlarda rast gəlinir. Bu formada diş əti məməciklərinin həcmi böyüyür. Diş ətinin qanaması, ödem aşkar edilir. Diş əti tünd qırmızı, göyümtül çalar alır, ağızdan pis qoxu gəlir, diş çöküntüləri və yalançı patoloji ciblərin yaranması aşkarlanır.

Xəstəliyin ağır və ləng sürən formalarında antibiotiklər təyin edilir. Müalicə zamanı antiseptik məhlullar, fermentlər, trixopol, biseptol məlhəmi ilə aplikasiya sarğılarından da istifadə olunur.

Nəzərdə saxlamaq lazımdır ki, bütün bu sadalanan xəstəliklərin xroniki gedişatı olduğuna görə, hər altı aydan bir profilaktik baxış və “air flow” ilə dişlərin təmizlənməsi vacibdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb

Azərbaycan-Slovakiya sənədləri imzalanıb YENİLƏNƏCƏK

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib