İQTİSADİYYAT
“PAŞA Həyat Sığorta” ASC-nin əməkdaşları Almatıda keçirilən beynəlxalq konfransda iştirak etmişlər
Bakı, 26 aprel (AZƏRTAC). “PAŞA Həyat Sığorta”nın əməkdaşları Qazaxıstanın Almatı şəhərində keçirilmiş “Risklərin idarə olunması üzrə IX Beynəlxalq Konfrans”da iştirak etmişlər.
Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, konfransa müxtəlif ölkələrin, o cümlədən Rusiya, Özbəkistan, Belarus, Böyük Britaniyanın,
ABŞ, Fransa, İsveçrə, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Türkiyə və digər dövlətlərin nümayəndələri iştirak etmişlər.
Beynəlxalq konfrans çərçivəsində “Risklərin idarə olunması” mövzusu ilə yanaşı, energetika, qlobal neft sektoru, sığorta və təkrarsığorta bazarının perspektivləri, Mərkəzi Asiyada maliyyə
sabitliyi, həmçinin Çin iqtisadiyyatının inkişaf perspektivləri və digər mövzular ətrafında maraqlı müzakirələr və fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, konfransda Azərbaycanı üç sığorta şirkəti təmsil etmişdir.