Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paşinyanın boş söhbətləri ona kömək etməyəcək

Bakı, 11 noyabr, Vüqar Seyidov, AZƏRTAC

İki il bundan əvvəl, 2020-ci il noyabrın 10-da erməni və Azərbaycan xalqları hərəsi öz tarixinə həqiqətən əlamətdar bir gün yazdılar - 44 günlük qanlı müharibənin başa çatması günü. Lakin bu tarix həmin xalqların hər biri üçün özünəməxsus rəmzi xarakter daşıyır: bir xalq üçün təqribən 30 il müddətində 3 minə yaxın qəhrəman oğlun əbədiyyətə qovuşması bahasına qazanılmış şanlı Qələbə, digər xalq üçün biabırçı kapitulyasiya acısı, məğlubiyyət və fərarilər damğası gətirmiş təqvimin qara günü”.

AZƏRTAC noyabrın 10-na keçən gecə xəbər vermişdi ki, üçtərəfli Bəyanat imzalanandan dərhal sonra Prezident İlham Əliyev xalq qarşısında çıxış etdi və bu gündən etibarən münaqişənin keçmişdə qaldığını dedi. Prezident regionda yeni eranın - sülh, əməkdaşlıq və mehriban qonşuluq dövrünün başlandığını elan etdi.

Düşünmək olardı ki, qonşu Ermənistanın rahat nəfəs alması üçün daha nə lazımdır. Axı müharibənin başa çatması tamamilə mühasirəyə alınmış və məhvə məhkum olan 20 minlik ekspedisiya kontingentinin, eləcə də Yerablul panteonunda yeni qeydiyyat yerinə qayıtması labüd olan odun-alovun içinə göndərməyə hələ macal tapmadıqları insanların həyatının xilas edilməsi demək idi. Müharibənin başa çatması həm də erməni cəmiyyətinin həyata keçirilməmiş və prinsip etibarilə həyata keçirilə bilməyəcək “Miatsum” kimi ağır yükdən xilas olması demək idi. Bu yük 30 il ərzində Qarabağı dünya erməniləri üçün “qulpsuz çamadan”a çevirmişdi. Kapitulyasiya elan ediləndən sonrakı ilk saatlarda İrəvanın mərkəzi meydanı və küçələri gözlənilməz şokdan qəzəblənmiş minlərlə erməni ilə dolmuşdu. Onlar həmin gecə baş verən hadisəni yaxın vaxtlarda Arsrun Ovanisyanın və Şuşan Stepanyanın qələbə relyasiyaları ilə hələ də uzlaşdıra bilmirdi. İmzalanmış sənəd erməni cəmiyyətinin sağlam düşüncəli hissəsi üçün onların ölkəsinin tarixində gələcək revanş ərəfəsində rahat nəfəs almağa deyil, yeni eraya - sülh erasına yol açırdı.

O vaxtdan etibarən psixoloji cəhətdən zədələnmiş erməni icması parçalanma və ifrat qütbləşmə vəziyyətindədir. Müharibə sonrası ilk günlərdə ölkə rəhbərliyinin hərəkətləri bir qədər ümid yeri qoyurdu ki, “dəmir yumruq” tərəfindən verilmiş ağrılı ibrət dərsi uzun müddət yadda qalacaq və darmadağın edilmiş Ermənistan hər halda qalib tərəfin lütfkarlıqla uzatdığı əlini qəbul edəcək.

Noyabr ayının axırlarında belə ümidlərin tez olduğuna ilk şübhələr yarandı. O vaxt Ermənistandan Azərbaycana hərbi qulluqçuların növbəti qrupunun gəlməsi barədə gözlənilmədən operativ məlumat daxil oldu. Bu, nə idi - müharibəni təzələmək və yeni zərbələr almaq arzusu, yoxsa, cəmi iki həftə əvvəl imzalanmış sənədin mahiyyətinin başa düşülməməsi? Bəyanatda qoşunların çıxarılması barədə açıq-aydın yazıldığı halda, yeni dəstələr göndərilməsini nə ilə izah etmək olardı?

Bunun ardınca başqa pozuntular və təxribatlar başlandı. Azərbaycan ərazisinin 2021-ci ildə istehsal edilmiş ölümsaçan vasitələrlə minalanmasını da, səngiməyən atəşləri də, minalanmış sahələrin saxta xəritələri ilə “siçan-pişik” oyunlarını da, kommunikasiyaların açılması ilə bağlı cəfəng söhbətləri və daha nələri xatırlamaq olar. İki ölkənin rəhbərlərinin və onların nazirlərinin bir neçə dəfə görüşməsi tərəflərin finiş xəttinə çatmasına və geniş əhatəli sülh müqaviləsinin imzalanmasına hələ də ümid verirdi.

Lakin Ermənistan hökumətinin dünənki iclasında baş nazir Nikol Paşinyanın çıxışı bu iki il ərzində tərəflərin keçdiyi bütün yolu heçə endirmək, bütün səylərin üstündən xətt çəkmək təhlükəsi yaradır. Hamıya məlumdur ki, bizim qonşu birmənalı mətnləri ermənisayaq şərh etməyə meyillidir. Lakin baş nazir Paşinyanın bugünkü hərəkəti həm dünya rekordu sayılmaq, həm də onun çıxışının elə özünün imzalandığı sənədin denonsasiya edilməsi və üzərinə götürdüyü öhdəliklərdən imtina kimi qiymətləndirmək olar.

Məsələn, rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsi müddətinin uzadılması şərtləri məsələsinə nəzər salaq. Paşinyan oradakı “avtomatik” sözündən yapışıb və özünü elə göstərir ki, guya tərəflərdən hər hansı birinin bəyanatın dördüncü bəndində qeyd edilmiş “tərəflərdən hər hansı birinin müddətin başa çatmasına 6 ay qalmış bu müddəanın tətbiqinə xitam vermək niyyəti” hüququnu görmür. Halbuki bəyanatın mətnində bu hüquq qəbul edilmiş qərarın əsaslandırılması barədə zəruri şərtlə müşayiət olunmur. Sadəcə, 6 ay əvvəldən, səbəbləri izah etmədən sülhməramlı kontingentin Qarabağda yerləşdirilməsi barədə müddəanın tətbiq edilməsinə xitam vermək niyyətini bəyan etmək kifayətdir. Paşinyan isə deyir ki, guya sülhməramlılar orada “qeyri-müəyyən müddətə, hüquq və təhlükəsizliklə bağlı bütün məsələlər həll edilənə qədər və təhlükəsizlik barədə bütün narahatlıqlara son qoyulanadək yerləşdirilib” və sair və ilaxır. O, hətta erməni əhalisinin təhlükəsizliyinə zəmanət verilmədən sülhməramlıların çıxarılması məsələsinə toxunmağın özünü “üçtərəfli bəyanatların Bakı tərəfindən pozulması” adlandırıb.

Sual edilir, ay zavallı, sən bunu haradan oxumusan. Sənin fikrincə Prezident Əliyev kimi siyasi nəhəng xarici qoşunların onun dövlətinin ərazisində olmasının dəqiq müddətləri göstərilməyən sənədi imzalayardımı? O, başqa dövlətlərin heç də qibtəyə layiq olmayan təcrübəsini, Azərbaycan cəmiyyətinin belə məsələlərə nə dərəcədə həssas olduğunu bildiyi halda buna heç vaxt nəinki imzalayardı, hətta şifahi razılıq da verməzdi!

Paşinyanın sözlərinə görə, “erməni əhalinin təhlükəsizliyinə və hüquqlarına dəqiq beynəlxalq təminat olmadan sülhməramlıların çıxarılması barədə diskursun inkişaf etdirilməsi həm üçtərəfli bəyanatların pozulması, həm də ermənilərin soyqırımına hazırlıq deməkdir”. Əvvələn, bu və ya digər (birinci, beşinci, onuncu) beşillik müddətin başa çatmasına 6 ay qalmış sülhməramlı missiyanın tətbiqinə xitam vermək niyyətinin elan edilməsi Azərbaycanın 2020-ci il 10 noyabr tarixli Bəyanatda açıq-aydın təsbit edilmiş hüququdur! Bunun nəyi “pozuntu”dur! İkincisi, “planlaşdırılmış soyqırımı” məsələsinə gəldikdə, məlumdur ki, anons verilən “soyqırımı tarixi”nə üç il qalmış həmin soyqırımın “qurbanı” bu barədə bütün dünyaya car çəkir, amma bütün qapılar açıq olduğu halda özünü xilas etmək üçün heç bir tədbir görmür. Aşkardır ki, Ermənistan rəhbərləri “soyqırımı” sözünü o qədər xoşlayırlar ki, bunsuz bir gün də yaşaya bilmir və az qala onu arzulayır.

Prezident İlham Əliyev Praqada bir jurnalistin sualına cavab verərkən öz ölkəsinin mövqeyini açıq-aydın bəyan edib: çoxmillətli Azərbaycan dövlətinin tərkibində yaşamağı arzu edən erməni əhali bütün mülki hüquqlara malik olacaq, bu vətəndaşlığa qane olmayan ermənilər isə yaşayış yeri kimi hər hansı başqa dövləti seçməkdə sərbəstdirlər.

Burada “soyqırımı” törətmək niyyəti varmı? Hansı ölkədə insanın şəxsiyyətini təsdiq edən sənədlər qanunvericilik qaydasında rəsmiləşdirilmədən yaşamasına icazə verilir? Heç olmazsa bircə belə ölkənin adını deyin.

Nəqliyyat kommunikasiyalarının açılması mövzusu üzərində ayrıca dayanmaq lazımdır. Aşkardır ki, Paşinyanın “dəhliz” termini ilə bağlı boşboğazlığının arxasında özü üçün Laçın rayonu boyunca nəzarətsiz gəzmək imkanını qoruyub saxlamaq istəyi dayanır. Eyni zamanda, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin açılması barədə öz üzərinə götürdüyü öhdəlikdən boyun qaçırmaq deməkdir. Özü də bu halda Laçın yolu ilə bağlı məsələdə söhbət Ermənistanın iki hissəsi arasında deyil, Ermənistan ilə başqa dövlətin ərazisindəki milli azlıq arasında yerüstü əlaqələrdən söhbət gedir. Naxçıvan ilə bağlı halda isə, Ermənistan eyni bir dövlətin - Azərbaycanın iki hissəsi arasında yerüstü əlaqəyə əngəllər yaradır.

Biz erməni ekspertlər cəmiyyətinə də, bu ölkənin siyasi rəhbərliyinə də dəfələrlə izah etməyə çalışmışıq ki, “dəhliz” termini ciddi definisial meyarlarla izah edilmir. Beynəlxalq siyasi diskursda və ümumiyyətlə, beynəlxalq münasibətlər nəzəriyyəsində bu terminin beynəlxalq konvensiya səviyyəsində hamılıqla qəbul edilmiş tərifi yoxdur. Məsələn, “qaçqın” termini kimi. 1951-ci il Cenevrə Konvensiyası qəbul edilənə qədər hüquqşünaslar bu terminin tərifi üzərində aylarla işləyiblər. Dünyada çoxlu beynəlxalq nəqliyyat dəhlizləri var və həmin dəhlizlərdə qüvvədə olan hüquqi rejimlər fərqlidir. Məsələn, Laçın dəhlizini də “dəhliz” adlandırırlar, TRASEKA-nı da, “Şimal-Cənub” dəhlizini də. Onlar hamısı dəhlizdir, lakin nə qədər fərqlidir! Üçtərəfli Bəyanatda “Laçın dəhlizi” frazasının olması və “Zəngəzur dəhlizi” ifadəsinin olmaması hələ o demək deyil ki, Ermənistan öz öhdəliklərindən boyun qaçıra bilər.

Əgər biz də Paşinyan kimi vasvasılıqla məşğul olsaq, onda deyə bilərik ki, Bəyanatda dövlət sərhədində nəzarət-buraxılış məntəqələri qoyulmasının qadağan edilməsi barədə bircə kəlmə də deyilmir. Dəhliz dəhlizdir, sərhəd sərhəd. Bəli, onlar müəyyən bir nöqtədə kəsişir, lakin Bəyanatın hansı bəndində Azərbaycanın öz dövlət sərhədinin 5 kilometrlik hissəsinin mühafizəsini kiməsə həvalə etməsindən danışılır? Bakı yol boyunca 5 kilometrlik zolaq vermək öhdəliyi götürüb - buyurun! Lakin Azərbaycan öz sərhədinin bütünlüklə mühafizə edilməsindən, eləcə də sərhəddən keçən nə varsa hamısına gömrük nəzarəti qoyulmasından imtina etməyib. Bəyanatda könüllü imtinanı, hətta qadağanı xatırladan bir müddəa varmı? Vasvasılıq ediriksə, axıra qədər edək.

Daha sonra üçtərəfli Bəyanatda Azərbaycanın öz suveren ərazisinə mənşəyi məlum olmayan təbii qazın rüsumsuz idxalına və elektrik enerjisi verilməsinə icazə vermək öhdəliyi barədə azacıq da olsa bir işarə varmı? Bakı bizim ərazimizdən enerji resurslarının sərbəst satış bazarı kimi istifadə edilməsi üçün kiminləsə dövlətlərarası kontrakt imzalayıbmı? Əlinizə lupa götürün və Bəyanatın mətnində bunu xatırladan bir məqam axtarın. Laçın yoluna (istəyirsiniz lap yüz dəfə “dəhliz” deyin) daxil olan iri yük furları özlərinin işlənmiş qazları ilə Azərbaycan ekologiyasını çirkləndirməyə görə aksiz vergisi ödəyirlərmi? İmzalanmış bəyanatda Azərbaycanın bütün bunlardan imtina etmək öhdəliyi varmı? Əgər biz həmin bəyanatın mətnini hərfbəhərf təhlil etməyə başlasaq, Ermənistan şivən qaldıracaq!

Bu, Paşinyanın dünənki çıxışında səslənmiş yeganə absurd ittiham deyil. Məsələn, o deyib: “Dağlıq Qarabağ probleminin kompleks həlli barədə 2021-ci ilin dekabrında əldə edilmiş razılaşmanı pozan məhz Azərbaycan Prezidentidir”. Bağışlayın, əgər Prezident İlham Əliyev Qarabağ məsələsini prinsip etibarilə heç kəslə müzakirə etmirsə, hansı “razılaşmadan” söhbət gedir? Və bu qondarma “razılaşmaların” təsbit edildiyi sənəd haradadır?

Paşinyan deyib: “2020-ci ilin noyabrında RF Prezidentinin vasitəçiliyi ilə əldə edilmiş razılaşmaya görə, Dağlıq Qarabağın statusu məsələsinin qeyri-müəyyən müddətə təxirə salınması variantından imtina edən məhz Azərbaycan Prezidentidir”. Yenə maraqlıdır, Prezident İlham Əliyev “status” məsələsinin müzakirəsini qeyri-müəyyən müddətə təxirə salmaq barədə nə vaxt öhdəlik götürüb? Əgər Ermənistan baş nazirinin dediyi kimi 2020-ci ilin noyabrından söhbət gedirsə, imzalanmış üçtərəfli Bəyanat bizim qarşımızdadır və həmin sənəd imzalanandan dərhal sonra Azərbaycan Prezidenti Əliyevin xalq qarşısında şifahi çıxışını hamımız xatırlayırıq. Sənəddə “status məsələsinin qeyri-müəyyən müddətə təxirə salınması” barədə bircə kəlmə də yoxdur və biz xatırlayırıq ki, dövlət başçısı öz çıxışında sizin həmin “statusunuzun” göndərildiyi yeri göstərmişdi. Bir daha soruşuruq, hansı “imtinadan” söhbət gedir və belə həyasızcasına yalan demək nəyə lazımdır. Əgər Paşinyan sənədləri qurdalamağı və qaranlıq otaqlarda qara pişiklər axtarmağı xoşlayırsa, qoy İlham Əliyevin imzaladığı və Paşinyanın bu gün əsassız olaraq Azərbaycan tərəfini yerinə yetirməməkdə ittiham etdiyi bütün öhdəliklərin təsbit olunduğu sənədi göstərsin!

Paşinyan o halda da hiyləgərlik edir ki, onun sözlərinə görə, guya rusiyalı sülhməramlı kontingentin müvəqqəti yerləşdirildiyi zonada “Ermənistan silahlı qüvvələri yoxdur”, hansısa “Dağlıq Qarabağı müdafiə ordusu” var. Əvvələn, Azərbaycanda operativ səviyyədə təkzibedilməz sübutlar var ki, həmin zonada məhz Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları mövcuddur. İkincisi, Paşinyan qondarma “Dağlıq Qarabağı müdafiə ordusu”na istinad etməklə, özü də bilmədən üçtərəfli Bəyanatın dördüncü bəndinin pozulmasını etiraf edib. Həmin bənddə sülhməramlı kontingentin yerləşdirilməsi ilə eyni vaxtda - diqqət! - ERMƏNİ QÜVVƏLƏRİNİN çıxarılması qeyd olunur. Erməni qüvvələri dedikdə təkcə Ermənistan silahlı qüvvələri deyil, həm də yerli ermənilərdən ibarət silahlı dəstələr nəzərdə tutulur.

Yadımdadır, erməni siyasətçilər işğalın davam etdiyi bütün 28 il ərzində müxtəlif beynəlxalq qətnamələrdə təsbit olunmuş ifadələri, əlbəttə, özlərinə sərf edən şəkildə yozaraq spekulyasiya edirdilər ki, həmin sənədlərdə söhbət Ermənistandan deyil, “erməni qüvvələrindən” gedir. Onlar deyirdilər, bir halda ki, Ermənistanın adı çəkilmir, ona iradlar da olmamalıdır. Necə deyərlər, yoxun üzü qara olsun. Bakı həmin “erməni qüvvələrlə”, yəni “yerli ermənilərlə” danışmalıdır.

Bəs indi birdən-birə nə oldu ki, “erməni qüvvələr” bircə anda yalnız Ermənistan silahlı qüvvələri oldu, yerli Qarabağ ermənilərindən ibarət dəstələr isə kənarda qaldı? Bəyanatın dördüncü bəndinə görə, Ermənistan hər hansı fərq qoyulmadan BÜTÜN erməni qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalıdır və onların yerinə sülhməramlılar gəlir. Sülhməramlı kontingentin müvəqqəti məsuliyyət zonasında Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularından başqa heç bir silahlı şəxs olmamalıdır. Ya çıx get, ya da hərbi formanı soyun, silahı yerə qoy və mülki şəxsə çevril. Əks halda, terrorçu, yəni məhv edilmək üçün legitim hədəf hesab ediləcəksən.

İrəvan imzalanmış bəyanatın dördüncü bəndini özünün istədiyi kimi şərh etməyə son qoymalıdır. Bizdən ötrü heç bir “Dağlıq Qarabağı müdafiə ordusu” yoxdur. Biz belə bir vahid tanımırıq və tanımaq istəmirik. Rusiyalı sülhməramlı olmayan hər hansı silahlı şəxsin məhv edilməsi Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz hüquqları və hətta vəzifələri sırasına daxildir. Qarabağda Paşinyanın “pozuntular” kimi bəhs etdiyi xüsusi əməliyyatları isə, Azərbaycan hərbçiləri bizim torpaqda öz qarşısında üçtərəfli Bəyanatın dördüncü bəndinin şərtlərinə görə prinsip etibarilə olmamalı silahlı şəxslər gördükcə davam edəcək.

Azərbaycan Paşinyanın Soçidə irəli sürdüyü “keçmiş Dağlıq Qarabağ ətrafında hansısa hərbsizləşdirilmiş zona” yaradılması barədə sərsəm təklifi, üstəlik, beynəlxalq zəmanətləri qəbul etməyə borclu deyil. Prezident İlham Əliyev açıq-aydın izah edib ki, Qarabağ Azərbaycanın daxili məsələsidir və o, bu məsələni heç kimlə müzakirə etmək niyyətində deyil.

Yeri gəlmişkən, “Dağlıq Qarabağ” haqqında. Paşinyan bu adda inzibati vahidin mövcudluğuna xitam verilməsi barədə mübahisə etməyi qərara alıb və bu zaman... Prezident İlham Əliyevin özünün imzaladığı üçtərəfli Bəyanata istinad edir. O, tənbəllik eləmədən hesablayıb ki, Bəyanatda bu toponimin adı dörd dəfə çəkilir. Görünür, Ermənistanda xronologiya anlayışı ilə tanış deyillər. Bəyanat iki il bundan əvvəl imzalanıb, Qarabağ iqtisadi rayonunun yaradılması barədə qərar isə 2021-ci il iyulun 7-də qəbul edilib. Paşinyan o vaxtdan bəri Azərbaycan Prezidenti tərəfindən imzalanmış bircə sənəd göstərə bilərmi ki, orada “Dağlıq Qarabağ” frazası olsun? Ermənistanın baş nazirinin məntiqinə görə bu gün o, Ermənistan SSR hökumətinə rəhbərlik edir və SSRİ-də yaşayır, çünki 16 yaşına çatanda öz yaşıdları kimi şəxsən o da İttifaq dövlətinin Ermənistan SSR-də yaşayan vətəndaşının pasportuna imza atıb.

Son olaraq Ermənistan hökumətinin başçısına növbəti dəfə xatırlatmaq istəyirəm ki, Azərbaycan dövləti haçansa qarşıya qoyduğu bütün məqsədlərə həmişə çatıb. Bundan sonra da belə olacaq. Ermənistan nazirlər kabinetinin iclasındakı çıxış heç nəyi dəyişməyəcək. İrəvanın öhdəlikləri məlumdur və onları yerinə yetirməkdən yaxa qurtara bilməyəcək. Əgər onu buna məcbur etmək zərurəti yaranarsa, heç bir üçüncü qüvvə bizə mane ola bilməz. Hər halda Ermənistan rəhbərliyinin ağılla hərəkət edəcəyinə inanmaq istərdik, lakin ciddi xəbərdarlıq edirik, zaman onun ziyanına işləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO