Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Patent haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 414; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 64; 2009, № 12, 951; 2012, № 7, maddə 644) 27-ci maddəsinin 8-ci hissəsinin ikinci abzasında “müəyyənləşdirilmiş rüsumu ödəmək şərtilə” sözləri “müəyyən edilmiş haqqı ödəmək şərti ilə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin