Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Payızlıq taxıl səpinində aqrotexniki tədbirlər vaxtında yerinə yetirilməlidir

Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerlərə tövsiyə”

Qobustan, 7 noyabr, Adil Ağayev, AZƏRTAC

Taxıl ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm strateji məhsul sayılır. Hazırda respublikamızın hər yerində, o cümlədən dəmyə bölgələrdə gələn ilin məhsulu üçün payızlıq əkin kampaniyası aparılır. Əlbəttə, taxıl səpinində zəruri aqrotexniki tədbirlərə əməl edilmədən gələcək yüksək məhsuldarlıqdan danışmaq olmaz. Bəs, respublikamızın dəmyə bölgələrində payız əkini zamanı hansı zəruri aqrotexniki tədbirlər görülməlidir?

AZƏRTAC-ın bölgə müxbirinin sualını cavablandıran Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirov bildirib ki, payızlıq taxılların böyüməsi, inkişafı və məhsuldarlığına nizamlanmayan və nizamlanan olmaqla, iki qrup amil təsir edir. Nizamlanmayan amillərə illik yağıntıların miqdarı, Günəş radiasiyası, illik fəal temperaturun cəmi, küləyin sürəti, nizamlanan amillərə isə torpağın becərilməsi, keyfiyyətli toxum, səpin müddəti, səpin norması, gübrələrin verilməsi, alaqla mübarizə, yaşıl malanın çəkilməsi, suvarma, xəstəlik və zərərvericilərlə mübarizə, yığımın vaxtında və keyfiyyətlə başa çatdırılması daxildir.

Səpinqabağı görülən işlər sələf bitkisindən asılıdır

Atabəy Cahangirovun sözlərinə görə, payızlıq taxılların səpini üçün səpinqabağı görülən işlər sələf bitkisindən asılıdır. Belə ki, əgər sələf qara herikdirsə, o zaman payızda əmələ gələn alaqların məhv edilməsi və 7-9 santimetr dərinlikdə torpaq qatının yumşaldılması məqsədilə sahə diskli mala ilə disklənir və müəyyən bucaqla çəkilən ziqzaq mala ilə hamarlanır. Əgər sələf taxıl bitkiləri, paxlalılar və ya digər bitkilər olarsa, həmin bitkilər yığıldıqdan sonra sahə sələf qalıqlarından təmizlənir və ağır diskli mala ilə 8-12 santimetr dərinlikdə yumşaltma aparılır. Sələf bitkiləri yığıldıqdan sonra aparılan bu əməliyyat həm torpağın həddən artıq qurumasının qarşısını alır, digər tərəfdən isə torpağın üzərində olan alaq otlarının toxumlarının torpağa qarışdırılmasını təmin edir. Nəticədə avqust və sentyabr aylarında yağan ilk yağışlardan sonra alaq otları bərabər və tez cücərir. Əgər sələf bitkisi paxlalılar olarsa, həmin sahələrdə ikinci dəfə ağır diskli mala (birinciyə nəzərən meyilli olmaqla) və ehtiyac olarsa, ziqzaq mala (səpin aparılacaq istiqamətə meyilli) çəkilərək səpin aparılır. Sələf bitkisi taxıllar və ya digər bitkilər olarsa, belə sahələrdə aparılacaq sonrakı səpinqabağı proseslər iqlim şəraitinin gedişindən asılıdır. Belə ki, ilk yağışlardan sonra səpinə kifayət qədər vaxt qalarsa (30-40 gün) o zaman sahəni çox dərin olmamaqla (17-22 sm) şumlamaq mümkündür. Belə sahələrdə şumda kəsəklərin ölçülərindən və ovxalanma dərəcəsindən asılı olaraq, səpinqabağı ağır mala, diskli mala və ya ziqzaq mala çəkərək, səpini həyata keçirmək lazımdır.

Əgər ilkin yağıntılar gecikərsə və səpinə az müddət qalarsa, o zaman taxıl və ya digər sələf bitkilərdən sonra da payızlıq səpin aparmaq üçün paxlalı bitki sələflərində olduğu kimi, sahəyə ikinci dəfə ağır diskli mala, ehtiyac olarsa, ziqzaq mala (səpin aparılacaq istiqamətə meyilli olmaqla) çəkilir və səpin aparılır.

Səpin müddəti dəniz səviyyəsindən yüksəkliyə görə dəyişir

Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru deyib ki, Dağlıq Şirvan bölgəsində səpin müddəti dəniz səviyyəsindən yüksəkliyə görə dəyişir: “Belə ki, dəniz səviyyəsindən 1000 metrdən yuxarıda sentyabrın 20-dən, 800-1000 metr yüksəklikdə oktyabrın 1-dən, 800 metrədək yüksək ərazilərdə isə oktyabrın 20-dən sonra səpin aparılması məqsədəuyğundur. Bu bölgədə səpin müddəti iqlim şəraitinin gedişindən asılı olaraq müəyyən qədər dəyişə bilər”.

Mütəxəssisin sözlərinə görə, yüksək məhsul alınması üçün bölgənin torpaq iqlim şəraitinə uyğun olan, biotik (xəstəlik və zərərvericilər) və abiotik (quraqlıq, şaxta, qış, külək, yüksək temperatur və s.) amillərə davamlı sortlar seçilməli və mənşəyi məlum olan, tam təmizlənərək kondisiyaya çatdırılmış sertifikatlı toxum materialı götürülməlidir. Toxum sürmə və digər göbələk xəstəliklərinə qarşı müvafiq funqisidlərlə dərmanlanmalıdır. Əgər əkin ərazisi torpaq zərərvericiləri ilə sirayətlənibsə, o zaman toxumun funqisidlə yanaşı, həm də insektisidlə işlənilməsi məqsədəuyğundur. Dağlıq Şirvan bölgəsində səpin adi cərgəvi üsulla, cərgəarası məsafə 15 santimetr olmaqla aparılır.

Bölgə üçün hansı sortlar daha sərfəlidir?

Atabəy Cahangirov bildirib ki, bölgənin nəmliklə təmin edilmə dərəcəsinə görə səpin üçün Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yaradılmış sortlardan istifadə etmək olar. Nəmliklə təmin olunmamış dağlıq dəmyədə “Qobustan”, “Aran”, “Qızıl buğda”, “Ləyaqətli 80”, nəmliklə qismən təmin olunmuş dəmyədə “Aran”, “Ləyaqətli 80”, “Qızıl buğda”, “Qobustan”, nəmliklə tam təmin olunmuş dəmyədə “Aran”, “Qızıl buğda”, “Qırmızıgül 1”, “Qobustan”, “Ləyaqətli 80” sortlarını əkmək tövsiyə edilir. Hər üç tip dəmyədə isə arpanın “Dəyanətli” və “Qüdrətli 48” sortları əkilə bilər.

Payızlıq buğdanın səpin norması və istifadə olunan gübrənin miqdarı gözlənilməlidir

“Payızlıq buğdanın səpin norması əkilən sortdan asılı olaraq buğda üçün hektara 180-220, arpa üçün isə hektara 140-160 kiloqram təşkil edir”, - deyən direktor vurğulayıb ki, torpağın aqrokimyəvi tərkibindən və sələf bitkisindən asılı olaraq payızlıq taxıl altına səpinqabağı hər hektara fiziki çəkidə 300-400 kiloqram dənəvər superfosfat və 100-120 kiloqram kalium sulfat verilərək torpağa qarışdırılmalıdır. Əgər sahəyə səpindən əvvəl gübrə verilməyibsə, o zaman səpinlə birlikdə yenə sələfdən asılı olaraq hər hektara fiziki çəkidə 100-200 kiloqram ammofos və ya nitroammofoska gübrəsinin verilməsi lazımdır. Vegetasiya ərzində verilməsi planlaşdırılan azot gübrəsinin 20-25 faizinin kompleks mineral gübrələrlə verilməsi təmin olunmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb