ELM VƏ TƏHSİL
Paytaxtda məktəb direktorlarının işə qəbulu başa çatıb
Bakı, 31 avqust, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən və şagird sayı 500-dək ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsinə işə qəbul müsabiqəsinin nəticələri bəlli olub.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri təhlil edilib, müsahibə mərhələsindən uğurla keçən 2 namizəd müvafiq vəzifə üzrə təyinat alıb.
Qeyd edək ki, müsahibə mərhələsində işə qəbul üzrə müsabiqənin test imtahanının nəticələrinə əsasən, keçid balını toplamış 6 namizəd, həmçinin ötən il direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış 16 nəfər olmaqla, ümumilikdə 22 namizəd iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [18:16]
“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı
- 07.05.2024 [15:37]
Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır
- 07.05.2024 [15:26]
Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar
- 07.05.2024 [15:19]