Paytaxtda şimşək çaxacaq, leysan yağacaq
Bakı, 29 avqust, AZƏRTAC
Avqustun 29-u axşamdan 30-u səhərədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyinin sürətinin saniyədə 15-18 metr olacağı, gecəyə doğru arabir 20-23 metrədək güclənəcəyi ehtimal edilir.
Havanın temperaturunun gecə 19-23°, gündüz 24-28° isti olacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:43]