Paytaxtda yeni tibb müəssisələri açılmışdır
Bakı, 19 mart (AZƏRTAC). Azərbaycanda istifadəyə verilən yeni tibb ocaqlarının sayı artmaqdadır. Uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin inşası ölkəmizin başçısının vətəndaşlarımızın sağlamlığına göstərdiyi diqqətin təzahürüdür.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu günlərdə əsaslı təmir və tikintidən sonra 35 nömrəli uşaq kardiorevmotoloji sanatoriyası, 8 nömrəli birləşmiş uşaq xəstəxanası, 3 nömrəli doğum evi, 16 və 26 nömrəli şəhər poliklinikaları, 8 və 16 nömrəli uşaq poliklinikaları əhalinin istifadəsinə verilmişdir.
Bu tibb ocaqlarında ən son texnologiyalara əsaslanan avadanlıq quraşdırılmışdır. Paytaxtla yanaşı, ən ucqar rayonlarda da müasir tibb müəssisələri, diaqnostika mərkəzlərinin yaradılması davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]