İQTİSADİYYAT
Paytaxtın Heydər Əliyev prospekti yenidən qurulur
Bakı, 17 fevral (AZƏRTAC). Paytaxtın Heydər Əliyev prospektinin yenidən qurulması layihəsi tərtib olunmuşdur.
Nərimanov rayon icra hakimiyyətinin (RİH) şöbə müdiri Zülfüqar Qasımov AZƏRTAC-a bildirmişdir ki, layihəyə uyğun olaraq prospektdə köhnə, istismar müddəti keçmiş tikililər sökülərək,
əvəzində müasir, milli memarlıq üslubunda 7 mərtəbəli binaların tikintisi nəzərdə tutulmuşdur.
Hazırda bu layihənin başlanğıcı olaraq Heydər Əliyev prospekti, 64 ünvanda ilk bina inşa olunur. Binanın artıq özülü qazılmışdır.
RİH nümayəndəsi rayonda digər layihələrin də həyata keçirildiyini, o cümlədən “Dədə Qorqud” parkının yenidən qurulduğunu söyləmişdir. Artıq bu layihənin də icrasına başlanılmışdır. Qeyd edilmişdir ki, təxminən 10 hektara malik ərazidə yeni və gözəl park salınacaqdır. Bu məqsədlə metronun “Gənclik” stansiyasının ətrafında Səxavət Quliyev küçəsi, 7 ünvanında 49 ailənin başqa yerə köçürülməsi ilə bağlı tədbirlər görülmüş, onların mənzil -məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]