İQTİSADİYYAT
Paytaxtın mərkəzində hündürmərtəbəli binaların tikintisi nəzərdə tutulmur
Bakı, 31 oktyabr (AZƏRTAC). “Bakıdövlətlayihə” İnstitutunun hazırladığı “Bakının mərkəzinin müfəssəl planlaşdırma” layihəsinə görə paytaxtın mərkəzində 7 mərtəbədən hündür binanın tikilməsi nəzərdə tutulmur. Bu layihə şəhərsalmanın bir reqlamenti kimi də qəbul edilə bilər.
Bu barədə AZƏRTAC-a institutun əməkdaşı, layihənin baş mühəndisi Əhliman Şükürlü bildirmişdir. Onun sözlərinə görə, icrasına 2009-cu ildən başlanmış layihəyə əsasən, ilk növbədə paytaxtın mərkəzində yerləşən küçələrə baxış keçirilmişdir. Onların təyinatı və konstruksiyası barədə, daha sonra isə inşaat sektorunda çalışan qurumlar tərəfindən 2030-cu ilədək tikilməsi planlaşdırılan binalarla bağlı məlumatlar toplanmışdır.
Layihə 2030 -cu ilədək Bakının mərkəzində tikiləcək binaları əhatə edəcəkdir.