CƏMİYYƏT
Paytaxtın Sabunçu və Xəzər rayonlarında vətəndaşlardan silah-sursat götürülüb
Bakı, 21 yanvar, AZƏRTAC
Paytaxtın Sabunçu və Xəzər rayonlarında vətəndaşlardan silah-sursat götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sabunçu rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini N.Nəsirovun idarə etdiyi “Daewoo” markalı avtomobildən “Steçkin” markalı avtomat-tapança, bir patron darağı və altı patron aşkarlanıb.
İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında Xəzər rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini S.Mayılovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, patron darağı və bir patron götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.