İQTİSADİYYAT
Pərakəndə ticarətdə alıcıya çek verildiyi halda elektron qaimə-faktura tələb olunmur
Bakı, 28 fevral, AZƏRTAC
Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların satışı zamanı alıcıya nəzarət-kassa aparatının (NKA) çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) verilir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, alıcıya elektron qaimə-faktura verildiyi halda, NKA çekinin təqdim edilməsi tələb olunmur.
Həmçinin elektron qaimə-faktura təqdim edilmiş mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb olunmaması üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]