PİYADA HADİSƏ YERİNDƏ ÖLMÜŞDÜR
Bakı, 24 mart (AZƏRTAC). Paytaxtın Nizami rayonunda Lənkəran sakini Ramin Bəşirli idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla Keşlə qəsəbə sakini Sona Nağıyevanı vurmuşdur. S.Nağıyeva aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Xətai rayonunun İ.İsmayılov küçəsində isə Hövsan qəsəbə sakini Cabbar Abbasov “Daewoo” markalı avtomobillə Bakı şəhər sakini Aslan Piriyevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Piriyevin həyatını xilas etmək mümkün olmamışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, hər iki faktla bağlı cinayət işi başlanmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]