PKK YENƏ FƏALLAŞIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Türkiyə ərazisində bir çox faciələr törədən PKK terror təşkilatı yenidən fəaliyyətə keçəcəyini bəyan etmişdir. Mesopotamiya İnformasiya Agetliyinin internet saytında çap olunan məlumata əsasən, PKK terror təşkilatı 1998-ci ildən etibarən birtərəfli elan etdiyi “atəşkəs” rejiminə son qoymağı qərara almışdır. Bundan sonra PKK terroristləri İraqın şimalında qarşılaşacaqları türk əsgərlərinə atəş açacaqlarını və Türkiyə ərazisində əsasən iqtisadi əhəmiyyətli obyektlərdə terror aktları təşkil edəcəklərini açıqlamışlar.
Məlum olduğu kimi, Abdulla Ocalanın həbs olunub Türkiyəyə gətirilməsindən sonra PKK birtərəfli “atəşkəs” elan etmiş, hətta təşkilatı ləğv etməyi də qərara almışdı. ABŞ və Avropa Birliyi isə PKK-nı terror təşkilat kimi tanımışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]