“Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
Azərbaycan Respublikası 2008-ci il avqustun 12-də Cenevrə şəhərində imzalanmış “Poçt ödəniş xidmətləri haqqında” Sazişə Azərbaycan Respublikasının ona dair bəyanatı ilə qoşulsun.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2012-ci il.