Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“POLİS HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA, AZƏRBAYCAN RESPUBLİKASININ 1999-CU İL 7 DEKABR TARİXLİ 768-IQ NÖMRƏLİ QANUNU İLƏ TƏSDİQ EDİLMİŞ “GÖMRÜK ORQANLARINDA XİDMƏT HAQQINDA ƏSASNAMƏ”YƏ VƏ “PROKURORLUQ ORQANLARINDA QULLUQ KEÇMƏ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №11, maddə 611; 2001-ci il, №11, maddə 699, №12, maddə 731; 2002-ci il, №3, maddə 118, №6, maddə 328; 2003-cü il, №1, maddə 22, №8, maddə 424; 2004-cü il, №2, maddə 57, №3, maddə 133; 2006-cı il, №2, maddələr 74, 75, №11, maddə 927) 37-ci maddəsinin II hissəsində “həlak olmuş, bədən xəsarəti almış” sözləri “həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış” sözləri ilə əvəz edilsin.

II. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 12; 2001-ci il, №12, maddələr 731, 736; 2004-cü il, №2, maddə 57; 2005-ci il, №4, maddə 274, №7, maddə 590; 2006-cı il, №11, maddə 926; 2007-ci il, №1, maddə 1) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 132-ci maddəsində “həlak olan” sözlərindən sonra mötərizədə “vəfat edən” sözləri əlavə edilsin, “yaralanma, kontuziya” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) sözləri ilə əvəz edilsin.

III. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №7, maddə 452, №12, maddə 731; 2002-ci il, №12, maddə 706; 2005-ci il, №10, maddə 902; 2006-cı il, №11, maddə 927; 2007-ci il, №1, maddələr 1, 4, Azərbaycan Respublikasının 2007-ci il 1 fevral tarixli 237-IIIQD nömrəli Qanunu) 20.6-cı maddəsində “xəsarət almış” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) almış” sözləri ilə əvəz edilsin.

IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyun 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin