Azərbaycan Dövlət İnformasiya Agentliyi

“POLIS HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №11, maddə 611; 2001-ci il, №11, maddə 699, №12, maddə 731; 2002-ci il, №3, maddə 118, №6, maddə 328; 2003-cü il, №1, maddə 22, №8, maddə 424; 2004-cü il, №2, maddə 57, №3, maddə 133; 2006-cı il, №2, maddələr 74, 75, №11, maddə 927; 2007-ci il, №8, maddə 756; 2008-ci il, №4, maddə 251, №7, maddə 602, №8, maddə 696, №10, maddə 883; 2009-cu il, №6, maddələr 399, 401) 29-cu maddəsinin I hissəsinin ikinci abzasında “Polisdə xidmətə başlayan andan” sözləri “Mən, polisdə xidmətə başlayan andan Azərbaycan Respublikasına və Azərbaycan xalqına sədaqətlə xidmət etməyə və daim sadiq qalmağa, ” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin