Polis Qusar sakinini son anda xilas edib
Bakı, 25 iyul, AZƏRTAC
Qusarda itkin düşən şəxs meşədə tapılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinə rayonun Kuzun kənd sakini, əqli qüsurlu 47 yaşlı Gülbala Muradovun itkin düşməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən dərhal zəruri tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin nəticəsində Gülbala Muradov meşənin dərinliklərindən tapılaraq ailəsinə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]