REGİONLAR
Polislər Xocavənddə minalar aşkar ediblər
Ağdam, 11 fevral, AZƏRTAC
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən minaların aşkar edilməsi istiqamətində uğurlu tədbir həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları xidməti fəaliyyətlə əlaqədar Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində olan zaman orada düşmən tərəfindən qoyulmuş xeyli sayda mina aşkar ediblər. Dərhal bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib.
Əraziyə baxış keçirilən zaman tank və piyada əleyhinə 33 ədəd mina müəyyən edilib və müvafiq tədbirlərlə həmin minaların təhlükəsiz şəkildə partladılması təmin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [12:54]
Qaxda Kürmükoba bayramı qeyd olunub
- 06.05.2024 [10:39]
Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək
- 05.05.2024 [23:10]
Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib
- 05.05.2024 [12:00]
Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub
- 04.05.2024 [20:08]