POLŞA PREZİDENTİ ANKARADA RƏSMİ SƏFƏRDƏDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 23-də Polşa Prezidenti Lex Kaçinski Ankaraya rəsmi səfərə gəlmişdir.
Çankaya köşkündə rəsmi qarşılanma mərasimindən sonra Polşa və Türkiyə prezidentləri Lex Kaçinski və Əhməd Necdət Sezərin təkbətək və geniş tərkibdə görüşləri olmuşdur. Dövlət başçıları iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsini nəzərdə tutan birgə Bəyannamə imzalamışlar.
Prezidentlərin birgə mətbuat konfransında Əhməd Necdət Sezər iki ölkə arasında dostluq və əməkdaşlığın 600 illik bir tarixi olduğunu diqqətə çatdıraraq, Polşanın Avropa və Avratlantika strukturlarında Türkiyə üçün etibarlı dost və tərəfdaş olduğunu söyləmişdir. O qeyd etmişdir ki, imzalanmış birgə Bəyannamə iki ölkənin Avropanın genişləndirilməsi çərçivəsində həmrəylik və işbirliyinin daha bir nümunəsidir. Əhməd Necdət Sezər Türkiyə ilə Polşa arasında iqtisadi əməkdaşlığın da gücləndiyini, ötən il mal dövriyəsinin 2 milyard dollara çatdığını bildirmişdir.
Lex Kaçinski də Türkiyənin Avropa strukturlarında və NATO-da önəmli mövqeyə sahib olduğunu vurğulayaraq, ölkəsinin Ankaranın Avropa İttifaqına üzvlüyünə dəstəyinin davam edəcəyini demişdir. Onun sözlərinə görə, Aİ Türkiyənin üzvlüyü ilə daha da güclü olacaqdır.
Polşa Prezidenti səfər çərçivəsində “Beynəlxalq siyasətdə həmrəylik anlayışı” mövzusunda konfransda iştirak etmiş, onun xanımı Mariya Kaçinski isə Əqli Cəhətdən Əlil Uşaqları Qoruma Fondunu ziyarət etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [17:42]
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib
- 16.11.2026 [16:10]
Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]