Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Bronislav Komorovskiyə

Hörmətli cənab Prezident,

Polşa Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan ilə Polşa arasındakı münasibətlər dinamik şəkildə inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına daim sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 30 aprel 2015-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin