Polşa Rusiyadan qaz alışını minimuma endirir
Varşava, 24 oktyabr, AZƏRTAC
Polşa enerji tədarükünün saxələndirilməsi və maye təbii qaz (LNG) idxalının artmasına görə Rusiyadan qaz idxalını minimuma endirməyə hazırlaşır. Bu barədə Polşanın Dövlət Neft-qaz şirkəti PGNiG-nin baş direktoru Petr Voznyak yerli mətbuata müsahibəsində bildirib.
AZƏRTAC xəbər verir ki, müsahibəsində baş direktor PGNiG-in ABŞ tədarükçüləri ilə müqavilə imzaladığını və buna əsasən Polşanın təbii qazı Rusiyanın “Gazprom” şirkətindəki qiymətlərdən 20-30 faiz daha ucuza alacağını deyib. Qurumun rəhbəri müsahibəsində onu da əlavə edib ki, 2022-ci ildən etibarən Baltik boru kəməri vasitəsilə Polşa təxminən 2,5 milyon kubmetr təbii qaz idxal edəcək. Yanacağın qalan hissəsi isə Norveç bazarından alınacaq.
P.Voznyak ölkəsinin Polşa və Rusiya arasında qaz satışı ilə bağlı 2022-ci ilədək imzalanmış Yamal müqaviləsinin müddətini uzatmayacağını da vurğulayıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [17:52]
Rusiyanın “Timeweb” hostinq provayderində genişmiqyaslı nasazlıq baş verib
- 17.11.2026 [17:34]
Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub
- 17.11.2026 [17:31]
Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub
- 17.11.2026 [17:28]
İraq Türkiyəyə köhnə boru kəməri ilə neft nəqlini bərpa edib
- 17.11.2026 [16:36]
QUAD ölkələri liderlərinin Manilada görüşü keçirilir
- 17.11.2026 [16:20]
“Reuters”: Kennedi ABŞ-də qızılcanın nəzarətsiz yayılmasına yol verib
- 17.11.2026 [16:00]