DÜNYA
Polşa yardım məqsədilə İrana 710 min doza “AstraZeneca” peyvəndi göndərib
Tehran, 21 fevral, AZƏRTAC
Polşa yardım məqsədilə İrana 710 min doza “AstraZeneca” peyvəndi göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Baş gömrük idarəsindən məlumat veriblər. Qeyd olunub ki, son 1 ildə İrana 156 milyon doza “Sinofram”, “AstraZeneca”, “Sputnik” və “Baharat” (Hindistan) peyvəndləri gətirilib. Bu günə kimi İranda əhalinin 90 faizindən çoxuna peyvənd vurulub, hazırda 3-cü dozanın vurulması prosesi davam edir.
İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən isə son 24 saat ərzində ölkə ərazisində 19 min 110 nəfərin koronavirusa yoluxması, 136 nəfərin isə bu xəstəlikdən ölməsi faktı qeydə alınıb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 6 milyon 961 min 562 nəfərə, ölənlərin ümumi sayı isə 135 min 276-ya çatıb. Ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan COVID-19 xəstələrindən 4 min 85-nin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda pandemiya başlayandan bu günə kimi müalicə alan 6 milyon 517 min 436 xəstə sağalaraq evə buraxılıb.
Hazırda İranın 337 şəhəri qırmızı zonaya daxildir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran