DÜNYA
Portuqaliyada meşə yanğınlarında həlak olanların sayı 38 nəfərə yüksəlib
Bakı, 17 oktyabr, AZƏRTAC
Portuqaliyanın mərkəzi və şimal rayonlarında davam edən meşə yanğınları nəticəsində həlak olanların sayı 38 nəfərə çatıb, 55 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 7 nəfər isə itkin düşüb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yaralıların 15-nin vəziyyəti ağırdır.
Ümumilikdə oktyabrın 14-dən bəri Portuqaliya meşələrində 500-ə yaxın yanğın ocağı qeydə alınıb. Yüzlərlə ev yanaraq külə dönüb, təhlükəsizlik baxımından 12 avtomobil yolu bağlanılıb. Alovla mübarizəyə 4 min yanğınsöndürən və xeyli sayda hərbçi cəlb olunub. Yaxın zamanlarda İtaliyadan iki amfibiya-təyyarənin gələcəyi gözlənilir.
Təbii fəlakətin səbəb olduğu çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib.
Xatırladaq ki, Portuqaliyanın müasir tarixində ən böyük meşə yanğınları bu ilin iyununda qeydə alınıb. O vaxt yanğınlar nəticəsində 64 nəfər həlak olmuşdu. Onların 47-si təhlükəli zonanı tərk etmək istəyərkən avtomobildə diri-diri yanmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]