Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub YENİLƏNİB VİDEO

Bakı, 6 aprel, AZƏRTAC

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2017” XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi. Bildirildi ki, builki sərgidə 22 ölkəni təmsil edən 272 şirkət iştirak edir. Ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Sərgidə 17 milli və regional stend təmsil olunur.

Prezident İlham Əliyev əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış oldu. Nazirlikdən başqa, burada 7 qurum təmsil olunur. Bu şirkətlər sərgidə turizmin müxtəlif istiqamətləri üzrə xidmətlər təklif edir. Ümumilikdə, stenddə Azərbaycanın turizm marşrutları, turizm məkanları, paytaxtla yanaşı, bölgələrimizdə mövcud turizm infrastrukturu və rayonlarımızın turizm potensialı barədə məlumat verilir.

Dövlətimizin başçısı sonra Azərbaycan Turizm Assosiasiyasının stendinə baxdı. Burada 15 şirkət təmsil olunur. Şirkətlər otel və turizm üzrə ixtisaslaşmış qurumlardır. Stenddə Bakı və regionlarda mövcud otel kompleksləri, istirahət məkanları, əyləncə mərkəzləri barədə məlumat almaq mümkündür.

Kuba sərgidə birinci dəfə iştirak edir. Bu ölkənin Azərbaycandakı səfirliyinin stendində Kubanın turizm imkanları barədə məlumat verilir. Kubanın belə mötəbər sərgidə iştirak etməsində əsas məqsədlərdən biri turizm potensialını təbliğ etmək və daha çox turist cəlb etməkdir.

Azərbaycanın qədim diyarı olan Naxçıvan da sərgidə geniş təmsil olunur. Stenddə muxtar respublikadakı otellər və istirahət mərkəzləri barədə ətraflı məlumat verilir. Naxçıvan özünün qədim tarixi və müasir siması ilə turistlərin diqqətini cəlb edir. İlbəil artan turist sayı da bunu təsdiqləyir. Əsasən qonşu dövlətlərdən - İran və Türkiyədən gələn turistlər çoxluq təşkil edir.

Sərgidə ölkəmizin digər bölgələrinin turizm imkanları da nümayiş etdirilir. Prezident İlham Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi hər zaman diqqətdə saxlayır. Bunun nəticəsidir ki, indi paytaxtla yanaşı, bölgələrimizdə də müasir turizm infrastrukturu yaradılıb. Azərbaycanın qədim və zəngin mədəniyyəti, milli mətbəximizin müxtəlifliyi, xalqımızın qonaqpərvərliyi də turistləri ölkəmizə cəlb edir. Azərbaycanda turizmin kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, idman və digər növləri inkişaf etməkdədir. Ölkəmizin zəngin flora və faunası, gölləri, çayları, dağları respublikamıza bir dəfə səfər edən turistləri yenidən Azərbaycana gəlməyə sövq edir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ stendi ilə də tanış oldular. Bu stend də sərgidə böyük maraqla qarşılanır. Burada Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ barədə ətraflı məlumat verilir.

Sərgiyə Ukrayna da böyük maraq göstərir. Bu ölkənin turizm imkanlarını nümayiş etdirmək baxımından sərgi mühüm platformadır. Son 6 ildə Ukrayna mütəmadi olaraq bu sərgidə iştirak edir. Ukrayna stendində bu ölkənin otel-kurort kompleksləri, həmçinin səhiyyə turizm obyektləri də xidmətlərini təklif edir.

Dövlətimizin başçısına “ASAN Viza”nın stendi barədə məlumat verildi. Bildirildi ki, sistem işə başlayandan bu günədək 40 min 63 nəfərə elektron viza verilib. Elektron viza üçün müraciət edənlər arasında İran İslam Respublikasının vətəndaşları çoxluq təşkil edir. Almaniya, Böyük Britaniya, ABŞ, Pakistan, Hindistan, İsrail, Türkmənistan, İtaliya və Fransa vətəndaşları da bu xidmətdən istifadə edənlər arasındadır. Elektron viza alanların əksəriyyətinin ölkəmizə səfərində məqsəd turizmdir.

Sərgidə Türkiyənin İzmir valiliyi də ayrıca stendlə təmsil olunur. Stenddə İzmirin səfalı məkanları, otel xidmətləri nümayiş etdirilir. Burada 6 şirkətin xidmətləri təklif olunur. Qardaş Türkiyə Respublikasının bu diyarı turistlərin diqqətini yay turizmi, o cümlədən sörfinq kimi əyləncəvi istirahətlə də cəlb edir.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Şopinq Festivalının stendində oldular. Aprelin 10-dan mayın 10-dək Azərbaycanın paytaxtında ilk dəfə Ticarət Festivalı keçiriləcək. İldə iki dəfə təşkil olunması planlaşdırılan festivalın keçirilməsində məqsəd turizm baxımından ölkəmizin cəlbediciliyinin yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır.

Prezident İlham Əliyevə festival zamanı alınacaq məhsula görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması prosesi nümayiş olundu.

Rusiyanın Stavropol vilayəti də sərgidə geniş təmsil olunur. Vilayətin qubernatoru Vladimir Vladimirov dövlətimizin başçısına stend haqqında məlumat verdi. Burada 50-yə yaxın şirkət, 30-dək sanatoriya öz xidmətlərini təklif edir. Şirkətlər turizm, idman turizmi, sağlamlıq, müalicə istiqamətləri üzrə turlar təşkil edirlər. Bu il Azərbaycandan Rusiyanın bu bölgəsinə gedən turistlərin sayında 20 faizə yaxın artım olub. Bakı ilə Mineralnıye Vodı arasında həftədə 3 dəfə hava əlaqəsinin olması qarşılıqlı turizm mübadiləsinin artmasına şərait yaradır. Stavropol şirkətləri sərgiyə böyük maraq göstərir.

Sərgidə iştirak edən şirkətlər arasında Sankt-Peterburqun Ermitaj Media şirkəti də var. Bu, Dövlət Ermitaj Muzeyini və onun qəzetini, həmçinin rəsmi dövlət Ermitaj otelini birləşdirən media holdinqdir. İlk dəfədir sərgidə təmsil olunan şirkət burada öz otel və muzey xidmətlərini təklif edir. Əsas məqsədi Rusiyanın mədəni dəyərlərini qorumaq və təbliğ etməkdir.

“Azərbaycan Hava Yolları” - AZAL bu gün nəinki regionda, eləcə də dünyada aparıcı şirkətlərdən biridir. Bu gün Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun olmaqla, sərnişindaşımada bütün norma və tələblərə tam cavab verir. Təyyarə parkını və maddi-texniki bazasını müasirləşdirən “Azərbaycan Hava Yolları”nın təyyarələri dünyanın onlarla şəhərinə müntəzəm uçuşlar yerinə yetirir. Azərbaycanda turizmin inkişafına bir çox ölkələrlə olan birbaşa hava əlaqəsi də töhfə verir.

Tatarıstan da bu sərgiyə yeni qoşulanlar arasındadır. Kazan stendində 4 şirkət təmsil olunur. Onlar turizm, otel və yeməkxana komplekslərini təmsil edirlər. Tatarıstan növbəti illərdə də sərgiyə qatılmaq niyyətindədir.

Macarıstan artıq 7-ci dəfədir ki, sərgidə iştirak edir. Üç şirkətlə təmsil olunan bu ölkə geniş turizm imkanlarına malikdir. Burada Macarıstanın böyük otellər şəbəkəsi, kurortlar və turizm şirkətləri təmsil olunur. Turizm mövsümündə bu ölkəyə gedən azərbaycanlıların sayı ilbəil artır.

Gürcüstan sərgiyə Milli Turizm Administrasiyasının stendi ilə qatılıb. Administrasiyanın stendində 6 şirkət xidmətlərini təklif edir. Onlardan 3-ü otel, 3-ü isə region turizm müəssisəsidir. Şirkətlər əsasən bu ölkənin bölgələrində yaradılmış turizm potensialı, müxtəlif turizm istiqamətləri üzrə xidmətlər göstərir. Gürcüstan hər il bu sərgiyə qatılır və gələn şirkətlərin sayı da ilbəil artır.

Dövlətimizin başçısı İlham Əliyev “Natural Halı” şirkətinin stendinə də baxdı. Şirkət Azərbaycanın müxtəlif bölgələrində xalçalar toxutdurur. Onların hamısı əllə toxumadır. Burada əsasən Təbriz şəhərinin, eləcə də Türkmənistanın və digər ölkələrin əllə toxunan xalçaları da var.

Bolqarıstan stendində bu ölkənin turizm potensialı nümayiş olunur. Stenddə Varna meriyası və 3 şirkət Bolqarıstanın mədəni, dəniz, sağlamlıq və qış kurort turizmi istiqamətlərini təqdim edirlər.

Qardaş Türkiyə həmişə olduğu kimi, bu il də sərgidə geniş təmsil olunur. Bu ölkənin müxtəlif bölgələrinin turizm marşrutları, turizm xəritələri böyük maraqla qarşılanır. Sərgidə Türkiyəni təmsil edən 15 şirkət turizm, sağlamlıq və müalicəvi xidmətlərini də təklif edirlər.

Üç şirkətlə təmsil olunan Mərakeş də sərgiyə böyük maraq göstərir. Mərakeş azərbaycanlı turistlərin bu ölkəyə səfər etməsi, həmçinin Mərakeş vətəndaşlarının Azərbaycana gəlməsində maraqlıdır.

Dominikan da 3-cü dəfədir sərgiyə qatılır. Bu ölkənin turizm şirkətləri sərgidə öz xidmətlərinin geniş çeşidini təklif edirlər. Dominikan turizm üçün cəlbedici ölkə sayılır.

Rusiya Federasiyasının Dağıstan Respublikasının stendində turizm marşrutları, turizm xəritəsi barədə geniş məlumat verilir. Respublika sərgidə 4 şirkətlə təmsil olunur.

Sərgidə iştirak edən ölkələr arasında Kolumbiya da var. Bu ölkə ilk dəfədir Bakı sərgisinə qatılıb. Kolumbiya sərgiyə növbəti ildə daha böyük nümayəndə heyəti ilə qatılmaq niyyətindədir.

Belarus ötən il bu sərgidə 6 şirkətlə təmsil olunmuşdusa, bu il şirkətlərin sayı 10-a çatıb. İkinci dəfə sərgidə iştirak edən Belarusun bu beynəlxalq tədbirə marağı ilbəil artır. Belarus stendində əsasən, sanatoriya, kurort, müalicə, tibbi və idman turizmi növləri üzrə xidmətlər təqdim olunur.

BMT-nin Ümumdünya Turizm Təşkilatı və Asiya-Sakit Okean Turizm Assosiasiyası kimi beynəlxalq qurumlar tərəfindən də dəstəklənən sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyadan olan tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir.

Stendlərlə tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgilərin işinə uğurlar arzuladılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub YENİLƏNİB VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ən müasir texnologiyalar əsasında aparılır – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb