SİYASƏT
Prezident İlham Əliyev bir qrup hərbi qulluqçunu “Zəfər” ordeni və “Qarabağ” ordeni ilə təltif edib
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif olunub. Onlardan 33 nəfəri (3 nəfər ölümündən sonra) “Zəfər” ordeninə, 204 nəfəri (48 nəfər ölümündən sonra) “Qarabağ” ordeninə layiq görülüb.