RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib VİDEO
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Dövlətimizin başçısı İslam aləminin müqəddəs ocaqlarının ziyarətindən məmnunluğunu bildirdi. Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin genişləndirilməsində ölkəmizin maraqlı olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Səfir Salem Xalifa Mohamed Əl-Ğafli ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi və ikitərəfli əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi.