REGİONLAR
Prezident İlham Əliyev Cəlilabadda yol tikintisinə 13,7 milyon manat ayırıb
Bakı, 20 avqust, AZƏRTAC
Prezident İlham Əliyev avqustun 20-də “Cəlilabad rayonunun Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)-Maşlıq-Muğan-Söyüdlü-Kazımabad-Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, qırx iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)-Maşlıq-Muğan-Söyüdlü-Kazımabad-Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.