Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib VİDEO

Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib VİDEO

Bakı, 7 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib.

Prezident İlham Əliyevin
çıxışı

- Siz gənclər və idman naziri vəzifəsinə təyin edilirsiniz, sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız. Ölkəmizin idman ictimaiyyəti sizi yaxşı tanıyır. Siz uzun illər idman sahəsində fəaliyyət göstərirsiniz, eyni zamanda, siz Avropa Gimnastikasının prezidentisiniz. Bu vəzifəyə bir neçə il bundan əvvəl seçilmisiniz və bu, onu göstərir ki, beynəlxalq arenada da nüfuz qazanmısınız. Bu amilləri nəzərə alaraq, bu yüksək etimadı sizə göstərirəm və ümid edirəm ki, idman sahəsində, gənclər siyasəti sahəsində yaxşı nəticələr olacaq.

Bütövlükdə idman sahəsi Azərbaycanda sürətlə inkişaf edibdir və bu gün dünya miqyasında Azərbaycan idman ölkəsi kimi tanınır. Beynəlxalq yarışlarda idmançılarımız yüksək nəticələr göstərirlər. Düzdür, Azərbaycan ictimaiyyəti bizim idman sahəsindəki qələbələrə öyrəşib və əgər biz hansısa nəticəni əldə edə bilmiriksə, əlbəttə ki, məyus olur. Ancaq hamımız bilməliyik ki, idman sahəsində rəqabət kifayət qədər güclüdür və bütövlükdə son illər ərzində idman sahəsində göstərilən nəticələr, əlbəttə, qürurvericidir. İdmançılarımız Dünya, Avropa oyunlarında, digər beynəlxalq yarışlarda bizi sevindirirlər. Son Yay Olimpiya Oyunlarında Rio Olimpiya Oyunları ilə müqayisədə az medal qazansaq da, yenə də hesab edirəm ki, idmançılarımız yaxşı nəticə göstəriblər. Medalların sayına görə Azərbaycan 33-cü yeri, Avropa ölkələri arasında 20-ci, müsəlman ölkələri arasında isə 4-cü yeri tutub. Düzdür, idmançılarımız bu dəfə qızıl medal qazana bilmədilər, amma ona çox yaxın idilər. Amma yenə də deyirəm, idmanda məğlubiyyətlər də olur, qələbələr də olur. Bütövlükdə idman sahəsində əldə edilmiş nəticələr çox müsbətdir. Paralimpiyaçılarımız bizi çox sevindirib və böyük məharət, peşəkarlıq, fədakarlıq göstərərək çoxlu medallar, o cümlədən bir çox qızıl medallar qazanıblar. Əlbəttə ki, bu da çox önəmli hadisədir və biz haqlı olaraq paralimpiyaçılarımızla fəxr edirik.

Eyni zamanda, idman sahəsində buraxılan nöqsanlar da ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır. Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir. Onu da nəzərə almalıyıq ki, son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır. Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Çünki biz, bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin. Nəzərə alsaq ki, Tokio Olimpiya Oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni, biz nəticə çıxarmalıyıq. Biz, əlbəttə, qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır. Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır.

İdman sahəsində tərbiyə məsələlərinə də çox ciddi diqqət yetirmək lazımdır. Bütövlükdə gənclərimizin tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır. Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri aparılmalıdır. Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalıdırlar. Bizim milli dəyərlərimizi dərk etməlidirlər, onları yaşatmalıdırlar və bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Çünki indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni, gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır. Burada vətənpərvərlik hissləri ön planda olmalıdır. Əlbəttə ki, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır. 44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar. Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var. Uzun illər Azərbaycan işğala məruz qalmış ölkə, biz azərbaycanlılar isə düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamışıq, əzab-əziyyət içində yaşamışıq, fiziki və mənəvi əzablar içində yaşamışıq. Biz buna son qoyduq. Bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi əbədi yaşayacağıq. Bu şanlı tarixi yaşatmaq üçün, qorumaq üçün və gəncləri bunun əsasında tərbiyə etmək üçün sizin nazirliyinizin üzərinə böyük vəzifələr düşür.

Mən əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və bu prinsipləri gündəlik fəaliyyətinizdə rəhbər tutaraq nazirliyin fəaliyyətini təşkil edəcəksiniz. Sizi təbrik edirəm və sizə fəaliyyətinizdə uğurlar arzulayıram.

X X X

Fərid Qayıbov: Çox sağ olun, cənab Prezident. Əvvəlcə icazə verin, göstərdiyiniz bu etimada, haqqımda deyilən bu sözlərə görə Sizə dərin minnətdarlığımı bildirim. Bu, mənim üçün böyük bir şərəfdir. Verdiyiniz tapşırıqlar, tövsiyələr aydın oldu, elə dərhal bu istiqamətdə işləməyə başlayacağam. Söz verirəm ki, əlimdən gələni edəcəyəm. İnanıram ki, sağlam cəmiyyətdə yaşayan Azərbaycan gəncləri yaxın gələcəkdə də öz yeni uğurları ilə, idmançılarımız isə yeni qələbələri ilə, cənab Prezident, Sizi və Azərbaycan xalqını sevindirəcəklər. Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib VİDEO

Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada sərgi, konsert və ustad dərsi keçiriləcək

Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbir təşkil edilib

Astara sərhədində növbəti təxliyə: Xarici vətəndaşlar Azərbaycanda göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirirlər FOTO

Prezident İlham Əliyev Yevlax pilot aqroparkının açılışında iştirak edib YENİLƏNİB

Prezident İlham Əliyev Yevlaxda Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib YENİLƏNİB

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib

“Real Madrid”in futbolçusu ABŞ-dakı meydançaların keyfiyyətindən şikayətlənib

“Tesla” korporasiyası “Robotaxi” xidmətini işə salıb

BDU “Times Higher Education” reytinqində TOP-600-də qərarlaşıb

“Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin açılışı olub  YENİLƏNİB

Goranboy rayonunda tikinti materialları istehsalı müəssisəsi istifadəyə verilib YENİLƏNƏCƏK

Masai icmasının nümayəndəsi: İtki və zərərlərlə bağlı danışıqlarda yerli icmaların təmsil olunması vacibdir

Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib

Naxçıvan gömrükçüləri külli miqdarda siqaret və psixotrop dərman preparatı aşkar edib

Şirazi İbrahimov: 1988-ci il deportasiyası olanda 15 yaşım var idi

Azərbaycanlı tədqiqatçı Türkiyədə arxeoloji keramika artefaktlarının təhlili üzrə təcrübə keçib

BDU-nun rektoru: Ekoenerji məntəqəsi digər universitetlərin tələbələri üçün də tədris imkanı yaradacaq

İyunun 23-ü Beynəlxalq Olimpiya Günüdür

Qeyri-sabit hava şəraiti sabah axşamadək davam edəcək – PROQNOZ

Dünyaşöhrətli tenor Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edəcək

Bakıda şahmat festivalı başa çatıb

Paytaxt üzrə 2213 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

ANAMA: Ötən həftə 104 mina və 1445 partlamamış hərbi sursat zərərsizləşdirilib

Prezident İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib YENİLƏNİB

Gəncədə qanunsuz tikililər sökülüb

Azərbaycan vəkillərinin şahmat üzrə V respublika birinciliyi keçirilib

İcma sədri: Beynəlxalq təşkilatlar haqq işimizi müdafiə edir

® “Azercell” “Premium” abunəçilərinə “PAŞA Sığorta”dan 3 faizlik xüsusi endirim!

“Sabah” Azərbaycan millisinin futbolçusu ilə müqaviləni uzadıb

ABŞ şirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib

“ASAN xidmət”in Afrikada tətbiqi daha da genişləndiriləcək

COP30-un Prezidenti: Braziliyada keçiriləcək COP30 həm çağırışların, həm də ümidlərin platforması olmalıdır VİDEO

COP30-un Prezidenti: Braziliyada keçiriləcək COP30 həm çağırışların, həm də ümidlərin platforması olmalıdır VİDEO

İsrail İranın altı hava limanına zərbələr endirib

İran XİN: Tehran uranı zənginləşdirməyə davam edəcək

İsrail ölkəni tərk etmək istəyən əcnəbilər üçün uçuşlar təşkil edir

Media: İran hava zərbələrindən öncə “Fordo” nüvə obyektindəki avadanlıqları çıxarıb

Cənubi Koreya Prezidenti NATO-nun sammitində iştirakdan imtina edib

ADU “Future of Learning” forumuna ev sahibliyi edib

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

“Azərreyl” rusiyalı voleybolçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanışlıq YENİLƏNİB

Qərbi Azərbaycan İcmasının sədri: Dialoq üçün Ermənistan hökumətinə dəfələrlə təklif göndərmişik

Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub YENİLƏNİB

Rektor: Məqsədimiz ADMİU-nu yaxın gələcəkdə regionda aparıcı universitetlərdən birinə çevirməkdir

“Panatinaikos”un sabiq baş məşqçisi: Azərbaycanda bəyəndiyim maraqlı futbolçular var – EKSKLÜZİV MÜSAHİBƏ

“Kopernik”: Avropada zərərli ozon səviyyəsinin kəskin artması müşahidə olunur

Bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA

Qubada qəzada ölən və yaralananların şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB VİDEO

Qubada qəzada ölən və yaralananların şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB VİDEO

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “Konstitusiya və Suverenlik İli”nə həsr olunan silsilə tədbirlər keçirib

Gəncədə “Himayədar ailə” mövzusunda ictimai dinləmə keçiriləcək

Azərbaycan nümayəndə heyəti Şanxay Media Qrupunun baş direktoru və baş redaktoru ilə görüşüb VİDEO

Azərbaycan nümayəndə heyəti Şanxay Media Qrupunun baş direktoru və baş redaktoru ilə görüşüb VİDEO

Azərbaycan nümayəndə heyəti Şanxay Televiziya Festivalının açılışında iştirak edib VİDEO

Azərbaycan nümayəndə heyəti Şanxay Televiziya Festivalının açılışında iştirak edib VİDEO

Rusiya Prezidenti İranın xarici işlər nazirini qəbul edəcək

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Euronews Academy” beynəlxalq tədris proqramına başlanılıb

“Kəpəz” portuqaliyalı qapıçı ilə yollarını ayırır

Hematoloq: Limfa düyününün bərk, hərəkətsiz və ağrısız olması onkoloji proses şübhəsi yarada bilər

Azərbaycan Dəmir Yolları - 145 illik inkişaf yolu

Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir

Aviaşirkətlər Yaxın Şərqə reyslərin ləğvini nəzərdən keçirir

Gecikdirilmiş 137 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

Klublararası dünya çempionatı: “Mançester Siti” 1/8 finala yüksəlib

Toğrul Əliyev: Süni intellektdən istifadə model risklərinin idarə edilməsində müəyyən narahatlıqlar yaradır

® AYNA rəhbərliyi Milli Biznesin İnkişafı Forumunun altıncı xüsusi sessiyasında iştirak edib

Prezident İlham Əliyev Yevlax şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

“ASAN xidmət” əməkdaşlarının andiçmə mərasimi keçirilib

Yaxın Şərqdəki böhranla bağlı Romada təhlükəsizlik tədbirləri daha da artırılıb

QMİ-nin Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciəti

Polis Cəlilabadda 13 kiloqram narkotik vasitə və həblər aşkarlayıb VİDEO

Polis Cəlilabadda 13 kiloqram narkotik vasitə və həblər aşkarlayıb VİDEO

BMT: Toksik rəqəmsal məkanlar gender bərabərliyini təhdid edir

“Qarabağ” tanınmış futbolçu ilə maraqlanır

ABA: Bankların aktivləri 80 faiz artıb VİDEO

ABA: Bankların aktivləri 80 faiz artıb VİDEO

İlanlardan necə qorunmaq olar?

AZAL Özbəkistanın Ürgənc şəhərinə uçuşları bərpa edir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

ADA Universitetində 19-cu Bakı Yay Enerji Məktəbi işə başlayıb VİDEO

ADA Universitetində 19-cu Bakı Yay Enerji Məktəbi işə başlayıb VİDEO

Naxçıvanda istehlakçılara 3 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb

Azərbaycanda dövlət qulluğuna qəbulda yeni yanaşmaya keçid hədəflənib

DİN: Son iki gündə bank kartlarından 33 min manata yaxın vəsait oğurlanıb

Bu gün Xalq şairi Nigar Rəfibəylinin anadan olmasından 112 il ötür

AMB: Kredit büroları maliyyə inklüzivliyini genişləndirmək üçün əsas alətlərdən biridir VİDEO

AMB: Kredit büroları maliyyə inklüzivliyini genişləndirmək üçün əsas alətlərdən biridir VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

Culfadakı meyvə bağında fitosanitar monitorinq aparılıb

Dünya birjalarında neft bahalaşıb

Beynəlxalq reytinqdə təmsil olunan Azərbaycan universitetlərinin sayı 28-ə yüksəlib

Kiyevə kütləvi hava hücumu olub, ölənlər var VİDEO

Kiyevə kütləvi hava hücumu olub, ölənlər var VİDEO

“Oklahoma-Siti Tander” NBA çempionu olub

Burje aviasalonunda aksiya keçirmək istəyənlər saxlanılıb

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Yeniyetmələrə yönəlmiş zərərli qida reklamları onların sağlamlığına necə təsir edir?

Kəskin və xroniki ağrı beynimizdə necə fərqli idarə olunur? – ARAŞDIRMA

Rassel Krou Nürnberq prosesi ilə bağlı filmdə Herman Görinq rolunu oynayacaq

Qocalmanı yavaşladan dərman tapılıb - ARAŞDIRMA

Böyük Britaniya vətəndaşlarını İsraildən çıxarır

Papa Leo: Şəxsi həyat istənilən alqoritmdən daha üstündür

Diabet dərmanı miqrenə qarşı ümidverici nəticələr göstərib - ARAŞDIRMA

Ciorcia Meloni müxtəlif ölkələrin liderləri ilə Yaxın Şərqdəki böhranla bağlı müzakirələr aparıb

KDÇ: "Yuventus" və "Real Madrid"dən qələbə

Qulaq kirinin qoxusu ilə Parkinson xəstəliyini aşkarlayan süni intellekt proqramı hazırlanıb

Türkiyə XİN: Dəməşqdə törədilən terror aktı Suriyada sabitlik və təhlükəsizliyi hədəfə alır